Piriyev Rizvan Xanəmi oğlu — coğrafiyaşünas, professor (1972).
Rizvan Piriyev | |
---|---|
Rizvan Xanəmi oğlu Piriyev | |
Doğum tarixi | |
Doğum yeri |
Şamaxı Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | coğrafiyaşünas |
Elmi adı | professor |
Təhsili | Baki Dövlət Universiteti |
Rizvan Piriyev 1924-cü ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub. 1941-ci ildə Şamaxı pedaqoji texnikumunu əla qiymətlərlə bitirib. 1942-ci ildə ordu sıralarına çağırılıb və Leninqrad cəbhəsində döyüşüb. 1944-cü ildə şikəst olaraq ordu sıralarından tərxis edilib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olub və 1951-ci ildə fakültəni fiziki coğrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə III dərəcəli "Şöhrət ordeni", beş medal və Leninqradın müdafiəsi ilə əlaqədar iki döş nişanı ilə təltif edilib. 1954-cü ildən fiziki-coğrafiya kafedrasında geodeziya və kartoqrafiya fənlərindən mühazirə və məşğələ dərsləri aparmağa başlayıb. 1958-ci ildə "Şimal-Şərqi Azərbaycan çaylarının morfometrik xarakteristikası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Azərbaycan Respublikası relyefinin morfometrik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1972-ci ildə professor adına layiq görülüb. 1967-1971-ci illərdə BDU Coğrafiya fakültəsinin dekanı, 1972-1988-ci illərdə geodeziya və kartoqrafiya kafedrasının müdiri vəzifəsində işləyib. AMEA Coğrafiya İnstitutunun müdafiə şurasının üzvü olub. 100-ə qədər məqalənin, elmi əsərin, dərslik və monoqrafiyanın müəllifidir. Universitetlərin coğrafiya fakültələri üçün ilk və dəyərli "Kartoqrafiya" (1975), "Geodeziyanın əsasları və topoqrafiya" (1994) dərsliklərini yazıb. Onun rəhbərliyi ilə 10 nəfər namizədlik dissertasiyası müdafiə edib.