Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü (1993).[1]
Rizvan Qarabağlı | |
---|---|
Rizvan Sarı oğlu Babaşov | |
Doğum tarixi | 10 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib.
1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. 1994-cü ildə "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb.
Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir.
1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub.