Rizvan Utsiyev

Rizvan Raşitoviç Utsiyev (rus. Ризван Рашидович Уциев; 7 fevral 1988[1][2], Arqun, Çeçen-İnquş MSSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış edən Rusiya futbolçusu. Qroznı şəhərinin təmsilçisi "Axmat" klubunun kapitan sarğısını daşıyır.

Rizvan Utsiyev
Ümumi məlumatlar
Doğum tarixi 7 fevral 1988(1988-02-07)[1][2] (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi müdafiəçi
Karyerası
Gənclik karyerası
Vaynax
KAMAZ
Terek
Klub karyerası[* 1]
2005—hh Axmat 249 (6)
2007 Kavkaztransqaz-2005 13 (2)
Milli yığma[* 2]
2011 Rusiya-2 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Yar Çallı şəhərinin "KAMAZ"[3] və Qroznı şəhərinin "Terek" klublarının yetirməsidir, sonuncu onun 2005-ci ildə peşəkar karyerasına başladığı klub idi. Rusiya Premyer Liqasında ilk oyununa 6 noyabr 2005-ci ildə çıxdı, həmin oyun 29-cu tur çərçivəsində Moskvanın "Lokomotiv" klubuna qarşı oldu, Utsiyev ikinci hissədə digər oyunçunu əvəz etdi. Bundan əlavə, o mövsüm klubun ehtiyat heyətində 24 oyun keçirdi və 1 qol vurdu. "Terek" Premyer Liqada vəsiqəsini itirdiyi üçün Rizvan növbəti 2 mövsümü komanda ilə Birinci Divizionda keçirdi. 2006-cı ildə turnirin 7 matçında oyuna çıxdı. 2007-ci ildə Birinci Divizionda 2 matçda meydanda oynadı və klub ilə birlikdə çempionatın gümüş mükafatçısı oldu. 2007 mövsümünün bir hissəsini İkinci Divizionun "Yuq" zonasında çıxış edən Rızdvyanı qəsəbəsinin "Kavkaztransqaz-2005" klubunda icarə əsasında keçirdi[4][5] və oynadığı 13 oyunda 2 qol müəllifi oldu. 2008-ci ildə "Terek" gənclər komandasında 25 oyun keçirdi, rəqib qapısına 1 qol vurdu. 20 sentyabr 2009-cu ildə Premyer Liqada 2-ci oyununu keçirdi, belə ki 22-ci tur çərçivəsində əsas heyətdə "Amkar Perm" klubuna qarşı oyunda tam 90 dəqiqə oynadı və 9-cu dəqiqədə "qeyri-idman davranışına" görə sarı vərəqə aldı.[6] 2010-cu ildə çempionatda 25 oyun keçirdi, 2 qol vurdu və klubun rəsmi saytında hər turdan sonra keçirilən müntəzəm səsvermənin nəticələrinə görə "Terek"in mövsüm ərzində ən yaxşı oyunçusu seçildi.[7] 2012-ci ilin sentyabr ayında Rusiya çempionatının 2012/13 mövsümünün 7-ci tur çərçivəsində Utsiyev elə öz cərimə meydançasında komanda yoldaşı Antonio Ferreyra ilə toqquşaraq başından zədə aldı. Bir neçə həftə meydançadan uzaq qalsa da tezliklə əsas komandaya qayıtdı.[8] 2014/15 mövsümündə 25 oyun keçirdi və iki qol vurdu.

Milli komanda[redaktə | mənbəni redaktə et]

19 avqust 2011-ci ildə Rizvan Belarusiya milli Olimpiya komandasına qarşı oyuna ikinci Rusiya milli komandasının düşərgəsinə çağırıldı.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

"Terek"

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı (2014)[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rizvan Utsiev // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Rizvan Utsiyev // FBref.com (çd.).
  3. "Русский «Вольфсбург»" (rus). onedivision.ru (со ссылкой на еженедельник «Футбол»). 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-6-20. (#apostrophe_markup)
  4. "Кацаев и Уциев будут выступать за «Кавказтрансгаз-2005»" (rus). Официальный сайт ФК «Терек». 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24.
  5. "Официальная заявка ФК «Кавказтрансгаз-2005» на сезон 2007 года" (rus). Официальный сайт ПФЛ. 2007-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24.
  6. "Протокол матча "Амкар" — "Терек"". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  7. "Ризван Уциев — лучший игрок «Терека» в сезоне 2010 года!" (rus). Официальный сайт ФК «Терек». 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-9.
  8. "Антонио Феррейра и Уциев получили травмы, столкнувшись головами" (rus). sports.ru. 2012-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-1.
  9. "О награждении наградами Чеченской Республики. Указ Главы Чеченской Республики от 03.08.2014 N 107". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.