Rizvan Eyyub oğlu Zeynalov (1 may 1914, Bakı – 21 fevral 1997, Bakı) — Qırıcı-təyyarəçi, Qvardiya aviasiya polkovniki, Tarix elmləri doktoru (1980).
Rizvan Zeynalov | |
---|---|
Rizvan Eyyub oğlu Zeynalov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya İmperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Ruqiyyə Ağadadaş qızı Hüseynova |
Uşaqları | Elvira Əzizova, Svetlana Fərzəliyeva. |
Təhsili | Ali |
Mükafatları |
Rizvan Eyyub oğlu Zeynalov 1914-cü ildə Bakıda-İçərişəhərdə fəhlə ailəsində anadan olub. Əslən Xızının Tıxlı kəndindəndir.
1936-cı ildə Frunze adına Hərbi-Dəniz Məktəbini, 1937-ci ilin oktyabrında isə Rostov vilayəti Yeysk Hərbi-Dəniz Aviasiya Məktəbini bitirmişdir.
Məktəbi bitirdikdən sonra Hərbi Hava Qüvvələri Qırmızıbayraqlı Baltik Donanmasının 24-cü kəşfiyyat aviaeskadrilyasında xidmət etmişdir. Yeysk Hərbi-Dəniz Aviasiya Məktəbinin nəzdində təkmilləşdirmə kurslarını bitirmişdir. 1937-ci ildə leytenant rütbəsi almışdır. Həmin ildən təyyarəçi kimi fəaliyyət göstərib.
Düz 10 il 1937-1947-ci illərdə Baltika səmalarında uçub, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib, azərbaycanlı adını şərəflə daşıyıb. Əla rəhbərlik və təşkilatçılıq qabiliyyətin, hərbi əməliyyatlarda şəxsən iştirakına görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 mart 1943-cü il tarixli fərmanı ilə “Vətən müharibəsi”ordeni ilə təltif edilmişdir.
1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsinin iştirakçısı olub, dəfələrlə düşmən üzərinə od ələyib, qəhrəmanıqlar göstərib, sinəsini orden-medallar bəzəyib, Leninqradın müdafiəsində, Pribaltika ölkələrinin faşistlərdən azad olunmasında daha böyük işlər görüb.
R.Zeynalov mühasirəyə alınmış Leninqradda döyüşdüyü zaman həyat yoldaşı Ruqiyyə xanım 6 yaşlı oğlu Rafiq və qızı Svetlana ilə yük qatarında Bakıya qayıdarkən ac-susuz vəziyyətdə xəstəliklə üz-üzə qalıblar. Yolda balaca Rafiq el arasında “Qızılca” adı ilə tanınan xəstəliyə tutulur və qəfildən vəfat edir. Ah-nalə içərisində öz doğma balasını Qazaxıstanda torpağa tapşırıb Bakıya yetişir Ruqiyyə xanım. Daha sonra Svetlana adlı qızı da uşaq yaşlarında naməlum səbəblərdən dünyasını dəyişir. Təyyarəçi Rizvan Zeynalovun sonralar 2 övladı dünyaya gəlir, Svetlana və Elvira.
Müharibə qurtarandan sonra R.Zeynalov öz hərbi xidmətini davam etdirib.
1947-ci ilə qədər Almaniya Demokratik Respublikası ərazisində sovet hərbi qüvvələrində qırıcı alayının müavini işləyib. 1949-cu ilə qədər Şimal Dənizi Hərbi Hava Qüvvələrində gərgin işləyib. 1954-cü ildə K.Voroşilov adına Leninqrad Hərbi Dəniz Akademiyasını bitirib. 1960-cı ilə qədər müxtəlif hərbi vəzifələrdə çalışıb, diviziya komandirinin birinci müavini olub. 35 il hərbi xidmətdə olan Rizvan Zeynalov 1960-cı ildən hərbidən azad olunur.
Həyatının ən qızğın və mübarizəli çağlarını hərbi xidmətdə keçirən təyyarəçi tərxis olunandan sonra doğma Vətənə gəlir və başqa bir sahənin yolçusu olur.
1960-cı ildən Azərbaycan Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışır.
1970-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətə başlayır. Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru elmi dərəcəsinə qədər yüksəlib.
Azərbaycan xalqının hərbi tarixinin 1920-ci ildən başlayaraq 1945-ci illərə qədərki dövrünün işıqlandırılmasında onun əvəzsiz xidmətləri olmuşdur. Bununla yanaşı çoxlu monoqrafiya, kitab və dərsliklər müəllifi kimi tanınan polkovnik Zeynalov yüzlərlə hərbi-vətənpərvərlik məqalələrinin müəllifidir.
Qarabağ döyüşləri zamanı 82 yaşlı R.Zeynalov yenə də öz hərbçi məsuliyyətini dərk edir, bu məqsədlə dəfələrlə cəbhə xətlərində olmuş, qəhrəman döyüşçülərimizlə görüşmüş, sonralar “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş şəxslərin döyüş yolunu qələmə almaqla təsəlli tapmışdır.