Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma.[2]
Road&Traffic | |
---|---|
azərb. Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi[1] | |
Status | aktiv |
Janr | sərgi |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 2011-ci il |
Növbəti | 19-21 oktyabr, 2023-cü il |
Təşkilatçı | Caspian Event Organisers |
roadtraffic.az |
Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır[3].
Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib.
"Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir[4].
Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər[2].