Robert Enke Fondu

Robert Enke Fondu — depresiyada olan insanların müalicəsinə və bunun səbəblərinin araşdırılmasına yardımçı olmaq məqsədi ilə yaradılmış fond.

Tarixi[redaktə | mənbəni redaktə et]

Almaniya Futbol Federasiyası, Bundesliqa və Hannover 96 klubu özünü qatarın altına ataran intihar edən Robert Enkenin adını əbədiləşdirmək qərarına gəlib. Beləliklə 2009-cu ilin dekabr ayında qolkiperin adını daşıyan fond yaradılıb.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Almaniya millisinin və Hannover 96 klubunun qapıçısının adını daşıyacaq fondun məqsədi depresiyada olan insanların müalicəsinə və bunun səbəblərinin araşdırılmasına yardımçı olmaqdır. Robert Enke Fondunun ilkin büdcəsinin 150 min avro olduğu və eyni zamanda ürək xəstəsi olan uşaqlara da yardım edəcəyi açıqlanıb[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Robert Enke Fondu yaradıldı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-11.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]