Robert Feke

Robert Feke-(1705 −1752) Amerikalı portret rəssamı. İncəsənət tarixçisi Richard Saundersin fikrincə, Fekenin müstəmləkə rəssamlığının inkişafına əhəmiyyətli təsiri olmuşdur. Ümumilikdə, Fekenin 60-a yaxın rəsm əsəri günümüzə qədər gəlib çatmışdır, onlardan on ikisinin çəkildiyi tarix və üzərində Fakenin imzası var.[4]

Robert Feke
Doğum tarixi 1705[1][2]
Vəfat tarixi 1750[1][3]
Fəaliyyəti rəssam
Janr portret
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Robert Fekenin nənələrindən biri Elizabeth Fones (Elizabeth Fones Winthrop Feake Hallett) idi.[5] Onun həyatı, xüsusən də yeniyetməlik illəri haqqında çox az şey məlumdur. 1741-ci ilə qədər Fekenin yalnız bir əsəri məlumdur.[6] Həmin il o, Bostona köçdü və burada İsak Royal and Family (1741) adlı qrupun portretini çəkdi.[7] Fekenin əsərlərində Con Vollastonun təsiri görülür.

1741-ci ildən 1750-ci ilə qədər Feke Boston, Nyuport, Rod-Aylend və Filadelfiyada işləmiş, varlı tacirlərin və torpaq sahiblərinin portretlərini çəkmişdir.[8] Onun fəaliyyəti haqqında son qeyd 26 avqust 1751-ci ildə olmuşdur. Bəzi bioqraflar onun Barbadosda və ya Bermud adalarında öldüyünə dair iddialar irəli sürsələr də bu sübuta yetirilməmişdir.[9]

  • Benjamin Franklin, Portret (təxminən 1746) Foq Muzeyində, Harvard Universitetinin Portret Kolleksiyası
  • Çarlz Aftrop , Portret 1748, kətan üzərində yağlı boya, Klivlend İncəsənət Muzeyi Amerika
  • Qrizel İstvik Aftrop, Portret (Xanım Çarlz Aftrop) (1748) San Fransisko İncəsənət Muzeylərində
  • Xanım Con Banister, 1748, kətan üzərində yağlı boya, Detroit İncəsənət İnstitutu
  • Viliam Boudin
  • Con Çanqinq , c. 1747–49, kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston
  • Meri Çenninq (xanım Con Çenninq), c. 1747–49, kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston
  • Tenç Fransis, Sr., Metropolitan İncəsənət Muzeyində portret
  • Kapitan Aleksandr Qraydon, c. 1746, kətan üzərində yağlı boya, Milli İncəsənət Qalereyası Amerika İncəsənət Muzeyi
  • Tomas Hopkinson, Smisonian İnstitutunda portret
  • Ralf İnman
  • İsak Royal və Ailəsi, Portret, 1741, Tarixi və Xüsusi Kolleksiyalar, Harvard Hüquq Məktəbi Kitabxanası
  • İsak Vinslou, c. 1748, Kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Robert Feke // RKDartists (nid.).
  2. Robert Feke // Brockhauz Ensiklopediyası (alm.).
  3. Robert Feke // Frick Art Reference Library Photoarchive. 1920.
  4. Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012
  5. Wolfe, Missy (2012). Insubordinate Spirit: A True Story of Life and Loss in Earliest America, 1610–1665. p. 197.
  6. Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012
  7. Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012
  8. Myron & Sundell 1969, p. 30
  9. Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012