Robert Qarrett (d. 24 may 1875; Baltimor, Birləşmiş Ştatlar - ö. 25 aprel 1961; Baltimor, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Robert Qarrett 1896 Afina Olimpiadasında iki qızıl və iki gümüş medal, 1900 Paris Olimpiadasında isə iki bürünc medal qazanıb.
Robert Qarrett | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Robert Qarrett |
Vətəndaşlığı | Birləşmiş Ştatlar |
Doğum tarixi | |
Doğum yeri | Baltimor, Birləşmiş Ştatlar |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Baltimor, Birləşmiş Ştatlar |
Təhsili | |
Boyu | 188 sm |
Çəkisi | 81 kq |
İdman növü | Yüngül atletiкa |
Robert Qarrett 1875-ci ilin 24 may günündə Birləşmiş Ştatların Merilend ştatında Baltimor şəhərində anadan olub. 1961-ci ilin 25 aprel tarixində isə elə həmin şəhərdə ömrünün 85-ci yaşında vəfat edib.
Robert Qarrett 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına dörd yarış üzrə qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Qarrett 1.65 metr nəticəyə imza atdı və Birləşmiş Ştatların digər nümayəndəsi Ceyms Konnolli ilə birgə I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Qarret lövhə atma yarışlarında isə 29.15 metr nəticə göstərdi və I Yay Olimpiya Oyunlarında özünün birinci qızıl medalını qazandı. Nüvə itələmə yarışlarında da Robert Qarrett analoji uğuru qazandı. 11.22 metr nəticə göstərən Qarrett Afina Olimpiadasında özünün ikinci qızıl medalını qazandı.
Robert Qarrett I Yay Olimpiya Oyunlarında dördüncü medalını uzunluğa tullanma yarışlarında qazandı. 6.35 metr uzunluğa tullanan Qarrett həmyerlisi Elleri Klarkdan geri qaldı və Afina Olimpiadasının gümüş medalını qazandı.
Robert Qarrett 1900-cı ildə Fransanın Paris şəhərində II Yay Olimpiya Oyunlarına qatıldı. Qarret həmin yarışlarında nüvə itələmə və üçtəkanla tullanma növündə mübarizə apardı. Üçtəkanla tullanmada Robert Qarrett 9.50 metr nəticəyə imza atdı və Paris Olimpiadasının bürünc medalını qazandı. Nüvə itələmə yarışlarında isə Qarrett 12.37 metr nəticəyə imzan atdı və yenə II Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.