Robin van Persi

Robin van Persi (Niderlandca tələffüz: [ˈrɔbɪn vɑmˈpɛrsi]  ( dinlə))(6 avqust, 1983) — Fənərbaxça PFK-da forma geyinən Hollandiyalı futbolçu. Əsas mövqeyi hücumçu olsa da, hücumçu arxasında da oynaya bilir. Hollandiya milli futbol komandasının əsas futbolçularından olmuşdur. Sənətkar ailəsində dünyaya gələn Robin van Persi ailəsi kimi sənətə yönəldilsə də, o futbolu seçmişdir. Karyerasına Ekselsior Rotterdam klubunda başlamışdır. Daha sonra Feyenoorda transfer olunmuşdur. Klubu ilə birlikdə 2002-ci il UEFA Avropa Liqasını qazanmışdır. 2004-cü ildə Arsenala, 2012-ci ildə Mançester Yunaytedə transfer olunmuşdur.2015-ci ildən isə Fənərbaxçada forma geyinir.

Robin van Persi
nid. Robin van Persie
Ümumi məlumatlar
Tam adı Robin van Persi
Doğum tarixi (40 yaş)
Doğum yeri Rotterdam, Niderland Niderland
Vətəndaşlığı Holland
Boyu 1,88 m
Çəkisi 78 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sol
Klub haqqında məlumat
Klub Feyenoord
Nömrəsi 10
Karyerası
Gənclik karyerası
1997–1999 Ekselsior
1999–2001 Feyenoord
Klub karyerası[* 1]
2001–2004 Feyenoord 61 (15)
2004–2012 Arsenal 194 (96)
2012–2015 Mançester Yunayted 86 (48)
2015–2018 Fənərbaxça 55 (25)

2018-

Feyenoord6 (4)
Milli yığma[* 2]
2005– Hollandiya 101 (51)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 mart 2018 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 iyul 2017 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri[redaktə | mənbəni redaktə et]

Robin van Persi Rotterdamda böyüdü. Və həmin Şəhərin Ekselsior Rotterdam klubunda futbola başladı.

Klub Karyerası[redaktə | mənbəni redaktə et]

Feyenoord[redaktə | mənbəni redaktə et]

Mövsüm əvvəlində Robin van Persi Feyenoord ilə 3.5 illik müqavilə imzaladı. Van Persi bu klubda 2002-ci ildə UEFA Avropa Liqasını qazanmışdır. Keçirdiyi üç ildə 78 matçda 22 qol atmışdır.

Arsenal[redaktə | mənbəni redaktə et]

Robin Van Persi bu klubda 277 oyunda 132 qol atmışdır.

Mançester Yunayted[redaktə | mənbəni redaktə et]

Hollandiyalı 105 oyunda 58 qol atmışdır.

Fənərbaxça[redaktə | mənbəni redaktə et]

2015-2016[redaktə | mənbəni redaktə et]

Robin van Persi Fənərbaxçadakı ilk mövsümündə Türkiyə Super Liqasında 31 görüşdə 16 qol atdı, 3 məhsuldar ötürmə etdi.Avrokuboklarda 12 matçda 1 qol atmışdır. Türkiyə Kubokunda isə 5 oyunda 5 qol atmışdır.

Robin van Persi və Fənərbaxça

2016-2017[redaktə | mənbəni redaktə et]

Robin Van Persi Türkiyə Super Liqasında 24 matçda 9 qol atmışdır. Türkiyə kubokunda 4 matçda 4 qol,Avrokuboklarda isə 1 qol atmışdır.

Milli Komanda Karyerası[redaktə | mənbəni redaktə et]

101 oyunda 50 qol atmışdır.