Robinoviçin villası (Taqanroq)

Robinoviçin villasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Apostolopulonun və Rossinin bimaları arasında yerləşir. XIX əsrin 70-ci illərində inşa edilmişdir. Bina Taqanroq şəhəri Frunze küçəsi, 28 ünvanında yerləşir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir.

Robinoviçin villası
rus. Дом Рабинович
Xəritə
47°12′43″ şm. e. 38°55′53″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1870-ci illər
Memarlıq quruluşu Eklektika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taqanroqun tarixi hissəsində yerləşən bir mərtəbəli bina. Bina qırmızı kərpiçdən inşa edilmişdir. Fasadında səkkiz pəncərə vardı[1].

1870-ci illərdə inşa edilmişdir. Binanı II gildiya taciri Afanasi Brusali inşa etdirmişdir[2]. Brucali çörək məmulatlarının satışını təşkil edirdi. Onun olduqca böyük ailəsi vsrdı. Üç oğlu, altı qızı vardı. 80-ci illərin sonunda o, binanı Anastasiya Spiridonovna Robinoviçə satmışdır.

Binanı aldıqdan sonra Mixail Abramoviç Rabinoviç həyətdə olan bütün tikililəri sökdürmüş və yerində yenilərini qurdurmuşdir. 1925-ci ildə bina milliləşdirilmişdir. Mixail Abramoviç Rabinoviçin siləsi binanın qarşı tərəfində olan figər bimaya yerləşdirilmişdir.

1933 - 1982-ci illərdə binada taqanroqlu futbolçu Vasili Alekseeviç Zaysev yaşamışdır

İkinci dünya müharibəsi zamanı binada alman əsgərləri qalırdı. Burada zenit bateriyası yerləşdirilmişdi. Bu səbəbdən sovet əskərləri məntəqəni partlatmaq istəyirdilər. Bir dəfə hətta zenit zərbəsi ilə az qala dağıdılacaqdı. Mərmi binanın həyətinə düşmüşdü. Binanın əhəmiyyəti nəzərə alınaraq 1992-ci ildə regional əhəmiyyətli mədəni irs siyahısına daxildir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mütəxəsislər bu binanı neoyunan stilinə aid edirlər. Bununla belə bəziləri onu Eklektika stilinə aid edir[3]. Fasadı qırmızı kərpiçlə işlənmişdir.

  1. Андреенко С. А. Рабинович дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 595. — ISBN 978-5-88040-064-5.
  2. Гаврюшкин О.П. Мари Вальяно и другие (Хроника обывательской жизни). — Таганрог: МИКМ, 2001. — 544 с.
  3. Григорян М. Е., Решетников В. К. Таганрог. История архитектуры и градостроительства конца XVII — начала XX века. — Ростов н/Д: Омега-Принт, 2013. — С. 269-271.