Robinson R22

Robinson R22 — "Robinson Helicopter", ABŞ tərəfindən istehsal olunan yüngül kommersiyalı iki yerlik helikopterdir.

Robinson R22
Tipi vertolyot
İstehsalçı Robinson Helicopter
İlk uçuş 1975
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

R22 helikopterinin prototipi ilk dəfə 28 avqust 1975-ci ildə uçdu. Bu maşınların 3000-dən çoxu 60 ölkədə istismar olunur. Bu helikopterin son modeli R22 Beta II adlanır. Lycoming O-360 porşenli benzin mühərriki ilə təchiz olunub, −30 ilə +40 °C temperaturda işləmək üçün uyğunlaşdırılıb. Əsaslı təmirə qədər zəmanətli uçuş müddəti 2200 saatdır, naviqasiya avadanlığı günün istənilən vaxtında uçmağa imkan verir. Bu modelin, eləcə də digər Robinson helikopterlərinin idarəetmə vasitələrinin xarakterik xüsusiyyəti T-formalı tsiklik addım tutacağıdır.