Robinson R66

Robinson R66 — "Robinson Helicopter", ABŞ tərəfindən istehsal olunan yüngül çoxməqsədli beş yerlik kommersiya helikopteridir.

Robinson R66
Tipi vertolyot
İstehsalçı Robinson Helicopter
İlk uçuş 7 noyabr 2007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Helikopter 2000-ci illərdə hazırlanıb. İlk uçuşunu 7 noyabr 2007-ci ildə etdi. Robinson R66 Turbine — Amerika Robinson Helicopter Company tərəfindən dizayn edilmiş və istehsal edilmiş tək turbinli helikopterdir. Vertolyot Rolls-Royce RR300 (və ya Rolls-Royce RR250-C300/A1) turboşaft mühərriki ilə təchiz edilmiş ayrıca yük (baqaj) bölməsi olan beş nəfərlikdir. R66 helikopteri 25 oktyabr 2010-cu ildə ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) sertifikat almışdır. Çatdırılmalar 2010-cu ilin noyabrında başladı. 2020-ci ilin iyul ayına qədər 1000 ədəd çatdırılıb.