Rocers buxtası — Çukot dənizində Vrangel adası sahilində yerləşən dayaz buxta. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. Buxtanın sahilinə yaxın hidrometeoloji stansiyası və Uşakovskoye qəsəbəsi yerləşir.
Rocers buxtası | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Dərin yeri | 2,7 m |
Orta dərinliyi | -2 m |
Duzluluğu | 22-29 ‰ |
Yerləşməsi | |
70°59′04″ şm. e. 178°23′58″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Buxta kapitan Berrinin əmri ilə öz gəmisinin şərəfinə adlandırılmışdır. Bu gəmidə adanın sahilinə 1881-ci ilin 25 avqustda lövbər salmışdır[1].
Buxta Vrangel adasının cənub-şərqində yerləşir. Buxtanın şərqində Proletarskiy burnu yerləşir. Sahilləri qayalıqdır. Uzunluğu 8 km, maksimal dərinliyi 2,7 metr təşkil edir.
Buxtanın sahillərində ilin 80—88 günü duman nüşahudə edilir. Buxta üzərində illik yağıntının miqdarı 120 mm[2] təşkil edir.
Buxta sahilində müşahidə mayakı mövcud olmuşdur. Bu mayakda stansiya mövcud olmuşdur ki, onunda Radioizotop tempoelektrik generator vardı. 2003-cü ildə güçkü fırtına ilə mayak aşaraq buxtaya düşmüşdür. 2011-ci ildə isə tufan mayakın daxilində olan generatoru sahilə atmışdır. Xoşbəxtlikdən generatoru mühafizə edən radiasiya qoruyucusu zərər çəkməmişdir[3]. 2012 ildə adadan çıxarılmış və zərərsizləşdirilmişdir[4].