Rodezi tripanosomu

Rodezi tripanosomu insana yoluxandan sonra, inkişafı çox intensiv və kəskin gedir, ölümlə qurtarır. Xəstəlik çox təsadüfi halda bir ilə qədər çəkə bilər. Xəstə yoluxan gündən iş qabiliyyətini itirir. Afrika tripanosomozunun Rodezi forması da zoonozlardan olub, rezervuar sahibi meşə antilopudur. Xəstəlik Şərqi və Cənubi Afrikada yayılmışdır. Xəstəliyə tutulma çox vaxt, adamın parazitin təbii ocağında olması ilə baş verir. Paraziti rezervuar sahibdən insana Glossina palpalis milçəkləri keçirir. Rodezi tripanosomu milçəyin bədənində 18-25 gün müddətində metasiklik forma olan tripomastiqot halı aldıqdan sonra onu insana yoluxdurur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.