Roman Tuqaryev (rus. Рома́н Ива́нович Ту́гарев, 22 iyul 1998[1], İjevsk) — Rusiyalı futbolçu, mövqeyi sağ cinah vingeridir. Hal hazırda Rusiyanın "Rostov" klubunda oynayır.
Roman Tuqaryev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 iyul 1998[1] (25 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 63 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol ilə 3 yaşında olarkən məşğul olmağa başlayıb. Futbolu öyrənməyə başladığı ilk klub, İjevski təmsil edən "Qazovik" klubunun uşaq komandası olub. 11 yaşında olarkən Moskvanın "Lokomotiv" klubunun uşaq komandasına keçib. "Lokomotiv"də ilk məşqçisi Aleksandr Basov olub.[2]
Rusiya Çempionatının ikinci dvizionun 2017/18 mövsümündə, "Lokomotiv" klubunun farm klubu olan "Kazanka" futbol klubunun heyətində debüt edib.[3] "Kazanka" klubunun tarixində ilk hit-triki edən futbolçudur.
2018-ci ilin yayında "Lokomotiv"in əsas komandasının heyətinə daxil edilir və futbolçunun adı klubun 2018/19 mövsumu üçun olan iştirak ərizəsinə salınır.[4] 29 sentyabr 2018-ci il tarixində "Lokomotiv"in "Ahmed" komandası ilə oyununda, Rusiya Premyer Liqasında debüt edib.[5]
17 oktyabr 2020-ci il tarixində, futbolçu mövsumun sonuna kimi "Rostov" klubuna icarəyə verilir.[6]
12 fevral 2021-ci il tarixində "Rostov" oyunçunun transfer hüququnu tam alır və onunla 5 illik müqavilə imzalayır.[7]