Rondo (fr. rondeau "dairə" " dairəvi hərəkət") — bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması.
Mövzu 3 dəfədən az olmayaraq əsas tonallıqda səslənir. Epizodlar isə çox zaman başqa tonallıqda[1]. Təkrar edilən mövzu – refren — ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir:
A B A C A
Rondonun mənşəyi xalq mahnıları ilə bağlıdır. Qədim rondo 17–18-ci əsr fransız klavesin musiqisində inkişaf etmışdir. 17–18-cıi əsr klassik musiqi (Haydn, Bethoven, Motsart) rondonun quruluşunu dəyişdirmışdi. Bəzi instrumental əsərlər simfoniya və sonataların finalı, romanslar, ariyalar rondo formasına yazılır.[2]
Rondo-sonata forması Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasında olduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir. Sonata silsiləsinin final hissələrində bu formadan istifadə olunur. Musiqidə ən geniş yayılmış formalar: ikihissəli forma, üçhissəli forma, variasiya, rondo, sonata, fuqa və s. Qarışıq formalar da mövcuddur ki, onlar müxtəlif formaların əlamətlərini özündə birləşdirir (məs. rondo-sonata). Sərbəst quruluşlu musiqi formaları da mövcuddur.[3]
Sonata- rondo formu çox hərəkətli işlərin yekunlarında yalnız istifadə olunur . Bir az rahat və diskursiv forma hesab olunur. istifadə olunur. Sonata rondo şəklində yazılmış bəzi hərəkətlər bunlardır: