Rostov Dövlət Kukla Teatrı

V. S. Bılkov adına Rostov Dövlət Kukla TeatrıRostov-na-Donu şəhərində yerləşən teatr. Teatr 1935-ci ildə təşkil edilmişdir.

Rostov Dövlət Kukla Teatrı
rus. Ростовский государственный театр кукол
Ümumi məlumatlar
Əsası qoyulub 1935
Heyət
Direktor Andrey Vladimiroviç Krat
Yerləşməsi
47°13′33″ şm. e. 39°43′42″ ş. u.
Ölkə
Yerləşir Rostov-na-Donu
Ünvan Rostov-na-Donu
Rusiya Rusiya
Rostov Dövlət Kukla Teatrı xəritədə
Rostov Dövlət Kukla Teatrı
Rostov Dövlət Kukla Teatrı
www.rgtk.ru

Teatrın tarixi[redaktə | mənbəni redaktə et]

Rostov Dövlət Kukla Teatrı ölkə ərazisində mövcud olan ən qədim kukla teatrlarından biridir. Bu teatr trupbası hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərir. Üstəlik kukla teatrının ilk aktyorları arasında: М. Kuşnarenko, N. Smirnova, А. Dora və s olmuşdur. Onların peşəkar fəaliyyəti sayəsində Azov-Qaradəniz komsomolları tərəfindən teatrın yaradılması haqqında qərar qəbul edilir. Teatr seyriciləri üçün 1935-ci ildə öz qapılarını açır. Onun göstəriləri ilə Don diyarının necə nəsli böyümüşdür. Artıq böyüyən nəsil öz övladlarını bu teatra gətir.

Müəyyən zamanlarda teatrı idarə edən direktorlar: Boris Saxnoviç — Konstantin Sergeyeviç Stanislavskinin tələbəsi, Leonid Stelmaxoviç — Vsevolod Emileviç Meyerxoldun tələbəsi. 35 ildən artıq rəssamlıq şöbəsinə S. V. Obrazsovun tələbəsi Vladimir Sergeyeviç Bılkov rəhbərlik etmişdir. Teatrın açılışında iştirak etmiş məşhur aktyorlar: "Rusiya əməkdar artisi" S. İsayeva, М. Kuşnarenko, S. Ulıbaşev, L. Cubkov, Q. Pidko, А. Derkaç və bir çoxları.

Teatrın mövcudluğu dövründə ümumilikdə 3 min tamaşa səhnələnmişdir[1].

Teatrın köçürülmə tarixi[redaktə | mənbəni redaktə et]

Teatrın hazır ki, yerəşdiyi bina 1960-cı ildə vaxtı ilə dağıdılmış yunan kilsəsinin yerində inşa edilmişdir. Teatrın tikintisi zamanı kilsənin təməlləri üzərində qurulmuşdur. Hətta onun materillarından belə istifadə edilmişdir[2].

Kukla teatrının köçülməsi fikri hələ 2000-ci illərdə irəli sürülmüşdür. Səbəb isə onun kilsənin təməli üzərində olması ilə əlaqədardır. Hökumət kilsə üçün şəhər kitabxanasına yaxın ərazidə yer ayırsa da, din xadimləri binanın onlara qaytarılmasını istədiklərini bildirmişdir. 2016-cı ildə vilayət qubernatoru S. Bondarev bildirmişdir ki, kilsə Rostov eparxiyasına qaytarılmalıdır. Üstəlik teatr 30 oktyabr 2019-cu ildən gec olmayaraq Krasnoarmeysk küçədində yerləşən binaya köçməlidir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Гопало О. Ростовский театр кукол хотят выселить из здания на Университетском Arxivləşdirilib 2014-04-30 at the Wayback Machine // Комсомольская правда. — 2014. — 24 марта.
  2. "Yunan məbədi: Məbədin tarixi". 2017-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
  3. Ростовский кожвендиспансер передают еврейской общине Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine (rus.)