Rostov Dövlət Tibb Universiteti — Rusiyanın cənubunda, Rostov-na-Donu şəhərində yerləşən böyük təcrübə bazası, elmi və sağlıq mərkəzi.[1]
Rostov Dövlət Tibb Universiteti | |
---|---|
Əsası qoyulub | 1915 (Varşava Tibb Universitetinin bazası əsasında yaradılmışdır)[1] |
Tip | Universitet |
Rektor | Şlık Sergey Vladimiroviç |
Tələbə sayı | 7000 |
Şəhər | Rostov-na-Donu |
Ölkə | |
Sayt | rostgmu.ru |
Vikianbarda əlaqəli mediafayllar |
1915-ci ildə Varşava Universitetinin bazasında yaradılmışdır. 1920-ci ildə il dəfə 295 məzun universiteti bitirmişdir. 1980-ci ildə Tibb Universiteti Xalqlar Dosluğu ordeninə layiq görülmuşdur. 1994-cü ildə adı Rostov Dövlət Tibb Universiteti olaraq dəyişdirilmişdir.
Universitetin adı:
Universitetdə 11 fakültə, tibb kolleci, çox şaxəli tib ocağı, elmi mərkəz və laboratoriya.
Hər il burada 7000 tələbə təhsil alır. Universitetdə 91 kafedra vardır. Burada 800 elmi işçi fəaliyyət göstərir. Bunlardan 130 elmlər doktoru, professor, 500 elmlər namizədi.
Burada 860 yataq vardır. Onun nəzdində olan bir çox binalar mədəni abidələr sırasına daxildir: Rostov Universitetinin inzibati korpusu və Nikolaevski şəhər xəstəxanası[2].