Rostov Universitetinin inzibati korpusu

Rostov Universitetinin inzibati korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1897-ci ildə inşa edilmişdir. Bina ilk dəfə Nikolayevski xəstəxananın binalarından biri olmuşdur[1]. 1915-ci ildə Varşava Tibb Universiteti evakuasiyası zamanı bu binada yerləşdirilmişdir. Hazırda isə Rostov Tibb Universitetinin inzibati binası kimi istifadə edilir. Rostov Universitetinin inzibati korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[2].

Rostov Universitetinin inzibati korpusu
rus. Административный корпус Ростовского (Варшавского) университета
Xəritə
47°13′41″ şm. e. 39°44′17″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1897
Memar N. M. Sokolov

Rostov Universitetinin inzibati korpus binasının layihə müəllifi N. M Sokolova məxsusdur. İki mərtəbədən ibarət olan bina dəmir dam örtüyünə sahibdir. Fasadı suvanmamışdır. Binanın əsas fasadı Naxçıvan xiyabanına baxır. Binanın pəncərələri birinci və ikinci mərtəbələr üzrə fərqlidir. Binanın fasadı pəncərə və kənar hissələrdən bəzək elementləri ilə işlənmişdir. Fasadda üzlük qəsr daşları formasında bəzədilmişdir. Bina qəliz konfiqurasiyaya malikdir. Bina daxili dəhliz sisteminə malikdir.

Memorial lövhə

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə Rostov Universitetinin inzibati korpusu binası fasadına memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır:

" Xalqlar Dostluğu ordenli Rostov Tibb Universitetində 1916-1957-ci illər ərzində tibb elmləri akademiyyasının həqiqi üzvü, RSFSR layiqli elm xadimi, professor Nikolay Appolinarieviç (1884—1957)işləmişdir. "
  1. "Николаевская городская больница в Ростове-на-Дону". voopiik-don.ru. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-14.
  2. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.