Rostov ippodromu

Rostov ippodromuRostov-na-Donu şəhərində yerləşən ippodrom.

Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı[1]. Elə bu illərdə NovoçerkaskNaxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir[2].

1890-х illərdə burada ilk ippodrom üçün yer ayrılır. Rostov-Naxçıvan atçılıq cəmiyyətinin səyləri nəticəsində infrastruktur yaradılır. Ərazi hasarlanır, tribunalar quraşdırılır. İlk yarışlar artıq 1894-cü ildə baş tutur[2].

Rostov-nа-Donuda 1902-ci ildə ippodrom açılır[3]. İppodrom peşəkar və həvəskar çaparların özlərini sınaması üçün əsas yer olmuşdur. Buta hətta bölgənin digər ərazilərindən çaparlar gəlirdilər. Sovet dönəmində bütün xüsusi mülkiyyətlər ləğv edilir. 1921-1922-ci illərdə baş vermiş açlıq zamanı faktiki olaraq açılıq ləğv edilir.

Vətəndaş müharibəsi bitdikdən sonra Atçılığın inkişafı üçün tədbirlər görülür. Vəziyyət heç də əlverişli olmasa da 1940-cı ildə atların sayı 230,3 başa çatır. 1952-ci ildə bir çox at zavod və fermaları tamamən ləğv edilir. Rostov vilayətində 22 at zavodundan 5-i, 132 fermadan isə 3 qalır.

1944-cü ildə ippodromda hələ 14 yaşında olan Nikolay Nəsiboviç Nədibov çlxış etmişdir. O, sonrakı illərdə dəfələrlə SSRİ və Avropa çempionatlarında dəfələrlə qalib gəlmişdir[4].

2002-ci ildə Rudiya taricində ilk dəfə olaraq ippodrom özəlləşməyə verilir və dövlət qəyyumluğundan çıxarılır.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda ippodromun sahəsi 28 ha-dır. Hər cür şəraitə sahibdir[5]. İppodromda olan tribunada 5 min izləyici qismində iştirak edə bilər. Burada olan mehmanxana fəaliyyət göstərir. Bura istər Rusiya istərsə Dünyanın digər ərazilərindən insanlar gəlir.

  1. "HORSE CITY: Məqalə". www.horse-rostov.ru. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20.
  2. 1 2 "Rostov ippodromunun rəsmi saytı". www.rosippo.ru. 2017-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20.
  3. "Rostov ippodromu". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
  4. "«Пол-царства за коня!» - / продолжение /". Sports.ru. 2013-05-20. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20. (rus.)
  5. "Rostov ippodromu: ünvan, foto". FB.ru (rus). 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-20.