Rotterdam limanı – Avropada ən böyük limanlardan biridir, Rotterdamda, Cənubi Hollandiya, niderlandlıların şəhərində yerləşir. 1962–ci ildən 2004–cü ilə kimi dünyanın ən çox istifadə edilən limanlarından biri idi. Lakin hazırda bu limanla müqayisədə daha çox Sinqapur və Şanxayın istifadə etdiyi yol işlədilir. 2004–cü ildə Rotterdam dünyada konteynerlərin emal edilməsinə görə yeddinci yer tuturdu.
105 kv.km ərazini əhatə edən Rotterdam limanı hazırda 40 km məsafəyə qədər uzadılmışdır. Bu şəhər limanının mərkəz tarixi hissəsini də təşkil edir. Daxilində Delfshaven, Maashaven, Rijnhaven, Feijnood komplekslərinı də birləşdirir. Limanın ətrafında Nieuw-Mathenesse, Waalhaven, Vondelingenplaat, Eemhaven, Botlek, Europoort, liman boyunca isə Calandkanaal, Nieuwe Waterweg və Scheur (Мааса Nieuwe aid son iki hissədir) yerləşir. Şimal dənizinin kənarında layihələşdirilən və Maasvlakte vilayətində yenidən bərpa edilən yerlər də olduqca çoxdur.
XX yüz illiyin birinci yarısında limanın mərkəzi qərbdən şimala doğru köçülürməyə başlanıldı. Nieuwe Waterweg Rotterdamdan Şimal dənizinə qədər qazıldı, çünki reyn və Mez arasında kanal yaratmaq fikrinə düşdülər. Nieuwe Waterweg 1872–ci ildə tam hazır oldu və kanalın sahilində ediləcək bütün işlər buraya köçülürdü.
Rotterdam limanının ərazisi Europoort – un apardığı tikintinin köməyi ilə tamamilə genişləndirildi. Bütün bu tikinti işlərinin aparılması üçün siyasi mənada qərar 2004–cü ildə verildi və ikinci Maasvlakte – nin ərzasisi boyunca aparılması gözlənilirdi. Lakin 2005–ci ildə irəli sürülən layihələrin heç biri öz təsdiqini tapmadı, çünki bunların heç birinin ekoloji problemlərin qarşısını ala bilmirdi. Nəhayət 10 oktyabr 2006–cı ildə qərar qəbul edildi və tikinti işlərinin 2008–ci ildə başlanılmasına icazə verildi. İlk lövbərin isə 2013–cü ildə salınması gözlənilir. Bunların arasında ən vacibi Rotterdam limanının neft kimyasına aid olan istehsalların daşınmasında iştirak etməsidir. Ümumiyyətlə bu liman dünya ölkələri və xüsusən də Avropa ölkələri arasında malların daşınması baxımdan əvəzedilməz rol oynayır. 2000–ci ildən burdan Almaniyaya müxtəlif malların dəmir yolu ilə daşınmasına icazə verilirdi, 2007–ci ildə isə bu dəmiryolunun Hollandiyaya olan istiqaməti açıldı. Neftin təmizlənməsi üçün nəzərdə tutulmuş zavodların əksəriyyəti şəhərdən qərbdə yerləşir. Mez və Reyn çayları daxili rayonların arasında da çatdırlma üzrə mühüm rol oynayır.