Rozenkreyserlər ordeni (Qızılgül və xaç ordeni) — Xristian Rozenkreys tərəfindən yaradıldığı güman edilən teoloji və gizli mistik cəmiyyət.
Fərziyyələrə görə, Xristian Rozenkreys Hindistana səfərindən sonra metalları necə qızıla çevirməyi, ruhlarla danışmağın sirlərini öyrənmişdir. Rozenkreyserlər ordeninin simvolu kimi qızılgül və xaç göstərilir. Alimlərin fikrincə, qızılgül gizliliyin və sirliliyin rəmzidir. Antik dövrlərdə qızılgül həm də erotik simvol kimi tanınırdı. İnanışa görə o Veneranın Kupidon tərəfindən oxla vurulmasından sonra, Veneranın qanından yaranmışdı.
Rozenkreyserlərə imperator II Fridrix-Vilhelm, Marşal Ney, alman yazıçısı Höte aid olmuşlar. Ordenin əsas fəaliyyəti çox gizli saxlanırdı, yalnız o məlum idi ki, rozenkreyserlər xəstələri pulsuz müalicə edirdilər. Ordenin tərəfdaşları orta əsrlərdə 7 pilləyə bölünürdülər, XVII-XIX əsrlərdə isə ordenin tərəfdaşları 9 pilləyə bölünürdülər.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |