Rudistlər

Rudistlər (Pachyodonta) - ikitayqabıqlı molluskalar sinfinə (Bivalvia) mənsub olan son dərəcə ixtisaslaşmış kobuddişlilər dəstəsi. Qabığın konus formalı uzunsov sağ tayı dənizdibi qrunta təhkim olunurdu; alçaq konusvari yaxud yastı sol tay qapaq şəklində sağ tayı örtürdü. Birləşdirici bağ ya daxili olur, ya da heç olmur. Dişlər son dərəcə inkişaf etmişdir. Süxurəmələgətirən orqanizmlər olub, çox vaxt sualtı saylar yaradır, rif qurumlarında iştirak edirdilər. Tetisin üst yuratəbaşir çöküntülərində geniş yayılmışdır.

Rudistlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Rudistlər
Beynəlxalq elmi adı
  • Hippuritoida
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.