Böyük Rufabqo çayı şəlalələri — Adıge Respublikasının Maykop rayonu ərazisində yerləşən kaskad şəlalələr. Şəlalələr Kamennomostki qəsəbəsinin 2 km-də, Belaya çayının yuxarı axarlarında yerləşir.[1]
Rufabqo | |
---|---|
adıq Сырыф | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 20 metrə yaxın |
Çay | Böyük Rufabqo |
Yerləşməsi | |
44°15′ şm. e. 40°10′ ş. u. | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
«Qız hörükləri» şəlaləsinə kimi çay dərəsi boyu ekskursiya marşrutu üçün xüsusi şərait yaradılıb. Böyük Rufabqo çayının mənsəbindən piyadalar üçün dəmir körpü mövcuddur. Onun yaxınlığında avtomobil dayanacağı var. Körpüdən keçid pulludur. Şəlaləni pul ödəmədən görmək istəyənlər Kamennomostski qəsəbəsindən Belaya çayının sol sahili boyu piyada yolla gedə bilər. Bu yolda onlar həm də başqa görməli yerləri də görə bilirlər: Türk bazarı, Qədim çərkəz bağı və Skvoznaya mağarası.[2]
Kaskad şəlalələrin birincisi olan «Üç qardaş» haqqında demək olar ki, çoxlarının məlumatı yoxdur. Şəlalə yol kənarında kənarda yerləşir və əksər turistlər ondan yan keçirlər. Dərə kənarında yerləşən şəlalənin suyu bir başa Belaya çayına tökülür.
İkinci şəlalə «Şəs-küy» adlanır və səsi doğrudan da uzaqdan eşidilir. Təxmini hündürlüyü 6 metrdən çoxdur. Su şəlalənin dibində kasa formalı relyef yaradıb. Şəlaləyə düşmək üçün xüsusi metal pilləkənlər inşa edilib.
Daha sonra «Kaskad», «Rufabqonun ürəyi» və «Qız hörükləri» şəlaləsi gəlir.
Çay yatağı boyu irili xırdalı 16 şəlalə mövcuddur. Şəlalələrdən başqa çoxlu astanalar var. Daha yuxarda olan şəlalələrə turistlərin çoxu xüsusi marşrut yolu olmadığından getmirlər. «Qız hörükləri» şəlaləsindən sonra «Daş tökülən», «Sevgi kasası» və «Lelkin» şəlalələri gəlir.[3]
Adları çəkilən şəlalələr içində ən hündürü «Qız hörükləri»dir. Şəlalənin suyu 15 metr hündürlükdən ensiz şırnaqla yerə tökülür. Suyun töküldüyü yerdə eni 10 metr, dərinliyi 2 metr olan göl yaranıb. Məhs kasa formalı ərazidən su çox zəif axır.
«Quru» və «Möhtəşəm» şəlalələrinin hündürlüyü müvafiq olaraq 20 və 15 metrdir. Marşrutu davam etmək üçün artıq yetərincə peşəkar alpinist alətlərinə ehtiyac var.