Rufino Tamayo (tam adı: Rufino del Carmen Arellanes Tamayo; d. 25 avqust 1899 – 24 iyun 1991) — Sapoteki irsinə mənsub olan Meksikalı rəssam, Meksikanın Oaxaka şəhərində anadan olmuşdur.[1][2] Tamayo 20-ci əsrin ortalarında Mexiko və Nyu-Yorkda fəaliyyət göstərmiş və sürrealizmin təsiri ilə abstrakt fiqurlarını[3][4] təsvirlərini yaratmışdır.[1]
Rufino Tamayo | |
---|---|
isp. Rufino del Carmen Arellanes Tamayo | |
| |
Doğum adı | Rufino del Carmen Arellanes Tamayo |
Doğum tarixi | |
Doğum yeri | Oaxaka, Meksika |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Mexiko, Meksika |
Milliyyəti | Meksikalı |
Fəaliyyəti | rəssam, rəssam-qravürçü[d], heykəltaraş |
Təhsili | Milli Arxeologiya Muzeyi |
Stil | Modernizm |
Tanınmış işləri | Alovla oynayan uşaqlar, Şir və at, Heyvanlar, Pəncərə. |
Üzvlüyü | |
Mükafatları | |
museotamayo.org/inicio/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Valideynlərinin ölümündən sonra Tamayo xalası ilə yaşamaq üçün Mexikoya köçdü. Orada olarkən, o, özünü kiçik bizneslə məşğul olan ailəsinə həsr etdi. Lakin bir müddət sonra, 1917-ci ildə xalası onu incəsənəti öyrənmək üçün San-Karlosdakı Milli Rəssamlıq Məktəbinə apardı.[3] Şagird kimi o dövrdə olan digər məşhur cərəyanlar arasında Kubizm, İmpressinoizm və Fovizm cərəyanlarından təsirləndi.[3] Burada Tamayo gənc bir rəssam kimi təhsil alsa da, sonralar bu təhsildən razı qalmadı və özü fərdi şəkildə məşğul olmağa başladı. 1921-ci ildə Etnoqrafik Rəsimlər Bölməsində çalışmağa başladı, daha sonra isə bu bölmənin rəhbəri təyin olundu.
30-cu illərdə o, monumental əsərlərin yaradılması ilə bağlı bir sıra sifarişlər aldı . Bu əsərlərdə muralist tendensiyaların təsiri açıq-aydın şəkildə hiss olunurdu. Eyni zamanda, Rufino Tamayo öz xüsusi bədii üslubunun inkişafında Amerika xalqlarının incəsənətinin güclü təsiri altında idi. Rufino Tamayo əsərlərində daha çox Meksikalıları və onların qayğılarını əks etdirir. Əsərlərində istifadə etdiyi qədim Meksika simvolları və mistik şəkillər tənhalıq, dava və mübahisələr, kədər və digər hisslər isnaların problemlərini daha aydın şəkildə ifadə etmək üçün təsvir edilir. Rufino Tamayo muralist rəssamların ikinci generasiyasına aid edilir.
Rufino Tamayonun rəsm əsərlərində Pablo Pikasso və Jorja Brakanın təsiri daha qabarıq şəkildə hiss olunur.