Ruku

Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq.

Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.[1]
Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.[2]
Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir.[3]
Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.[4]
Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn, qolu çox uzun olur və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olur və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.[5]
Oturaq halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.[6]
Normal halda, rükuda üç dəfə Subhanəllah və ya bir dəfə Subhanə rəbbiyəl-əzimi və bihhəmdih deməsi daha yaxşıdır. Zahir budur ki, rüku zamanı, bu miqdarda olan hər zikri söyləmək kifayətdir. Amma əgər vaxt dar olur və ya məcburiyyət qarşısında qalırsa, bir dəfə Subhanəllah deməsi kifayətdir.[7]
Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin. Müstəhəbbdir ki, onu üç, beş ya yeddi dəfə, hətta çox desin.[8]
Rüku halında namaz qılanın bədəni gərək sakit olsun, o gərək öz bədəninə ixtiyarda o cür hərəkət verməsin ki, sakit olan haldan xaric olsun. Hətta ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da.[9]
Əgər rükunun vacib zikrini dediyi halda ixtiyarsız hərəkət etsə və bədəni sakit olma halından çıxsa, bədəni sakit olandan sonra, zikri ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni sakit olma halından çıxmasa ya barmaqlara hərəkət versə, zərər yoxdur.[10]
Əgər rükuya əyilməzdən və bədənin aram tutmazdan əvvəl, qəsdən rükunun zikrini desə, namazı batildir.

[11]

Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, belə ki, rüku halından çıxmamışdan yadına düşsə ki, zikri tamamilə deməmişdir, gərək bədən sakit olsun və zikri desin. Əgər rüku halından çıxandan sonra yadına düşsə, namazı səhihdir.[12]
Əgər zikr demək miqdarında rükuda qala bilmirsə, müstəhəbb ehtiyat odur ki, onun qalanını qalxdığı halda desin.[13]
Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda sakit ola bilmirsə, namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən misaldakı kimi desin.[14]
Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. Əgər söykənərək adi miqdarda rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda əyilə bilməsə, gərək rüku üçün başı ilə işarə etsin.[15]
Rüku üçün başı ilə işarə edən şəxs, əgər başı ilə işarə etməyi bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, ehtiyata əsasən öz qəlbində rüku niyyəti etsin və öz əli ilə rükuya işarə etsin və onun zikrini desin.[16]
Ayaq üstə rüku edə bilməyən şəxs, amma oturan yerdə rüku üçün əyilə bilir, gərək ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Müstəhəbb ehtiyat odur ki, başqa bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin.[17]
Əgər rüku həddinə çatdıqdan sonra başını qaldırıb və iki dəfə rüku ölçüsündə əyilsə, namazı batildir.[18]
Rükunun zikri qurtardıqdan sonra gərək düz dursun və bədəni sakit olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan və ya bədəni sakit olmamışdan əvvəl səcdəyə getsə, namazı batildir.[19]
Əgər rükunu unutsa və səcdəyə getməmişdən əvvəl yadına düşsə, gərək ayaq üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir.[20]
Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, qiyamdan sonra rükunu əmələ gətirməsi lazımdır. İkinci səcdədə yadına düşsə, namazı lazım ehtiyata əsasən batildir.[21]
Müstəhəbbdir ki, rükuya getməmişdən ayaq üstə olduğu halda təkbir deyəsən və rükuda dizləri geri verib kürəyi şax saxlayasan və boynunu çəkib arxa ilə bərabər edəsən və iki qədəmin arasına baxasan və zikrdən əvvəl və ya sonra salavat çəkib rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt Səmi'əllahu limən həmidəhu - deyəsən.[22]
Müstəhəbbdir ki, rükuda qadın əllərini dizlərindən yuxarı qoysun və dizlərini geriyə verməsin.[23]