Rumıniyanın Qurtuluş Birliyi

Rumıniyanın Qurtuluş Birliyi (rum. Uniunea Salvați România; USR) Rumıniya parlamentinin siyasi partiyası, yerli seçkilərdə Buxarest Qurtuluş Birliyinin (rum. Uniunea Salvați Bucureștiul, USB) müvəffəqiyyətindən sonra 2016-cı ildə meydana gəldi. 2016-cı il siyasi partiya olaraq rəsmən qeydiyyatdan keçdikdən sonra , 21 avqust 2016-cı ildə Buxarest Qurtuluş İttifaqı və Kodla Birliyi (rum.Uniunea pentru Codlea) ilə birləşdi.[1]

İdeologiya[redaktə | mənbəni redaktə et]

Rumıniyanın Qurtuluş Birliyinin Vitse-prezidenti Klotilda Armand, partiyanın müəyyən bir ideologiyasının olmadığını bildirirdi.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

1 iyul 2015-ci il, Buxarest Xilasetmə Assosiasiyasının prezidenti (Rum. Asociaţiei Salvaţi Bucureştiul) Nikuşor Dan Buxarest Qurtuluş Partiyası Birliyinin yaradılmasını açıqladı. Yeni təşkilatın vəzifələri arasında şəhərin tarixi tikililərinin qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması olmuşdur. 23 fevral 2016-cı ildə Nikuşor Dan Buxarest bələdiyyə başçılarının seçilməsi üçün proqramını Facebook-da yerləşdirdi. [3]Dan, Bələdiyyə seçkilərində ikinci yeri tutdu. 5 iyun axşamı, yerli seçkilər günü Dan, Rumıniya İttifaqının milli partiyasını qeydiyyatdan keçirmək niyyətini açıqladı. 2016-cı il avqustun 21-də Rumıniyanın Qurtuluş Birliyi, Buxarest Qurtuluş İttifaqı və Kodla İttifaqı 2016 parlament seçkilərində birgə iştirak etmək üçün vahid partiyaya birləşdi.[4]

Seçkilər[redaktə | mənbəni redaktə et]

Yeni partiyanın tarixində ilk seçkilər Buxarestdə baş tutmuşdur. Birliyin lideri Nikuşor Dan Rumıniyanın paytaxtında bələdiyyə rəhbərliyi üçün seçkilərdə ikinci sırada yer alaraq, 175.119 səs (30.52%) qazanmışdı. Bələdiyyə məclisinə seçkilərdə Birlik ikinci yerdə qərarlaşıb, səslərin təxminən 25% -ni qazanıb və 55-dən 15-ci olmuşdu.[5] Partiyanın iştirak etdiyi növbəti seçki 2016-cı ilin dekabrında Rumıniya parlamentinin yeni tərkibini seçmək kampaniyası idi. Seçkilərin nəticələrinə görə Rumıniyanın Qurtuluş Birliyi Deputatlar Palatasına seçkilərdə 629.375 səs (8.92%) və 625.154 səs (8.87%) topladı, Sosial Demokratlar və Milli Liberalların önünə keçərək ölkədə üçüncü ən məşhur partiyaya çevrildi.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]