Ruprext novruz çiçəyi

Ruprext novruz çiçəyi - (lat. Primula ruprechtii)

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, çox sayda qaytanvari köklərə malik, adətən çəpinə oturan qısa kökümsovlu bitkidir. Yarpaqları möhkəm, uzunsovyumurtavari və ya ovalvari-lansetvari, ucu küt yuvarlaq, yumru, bəzən kənarları bükülmüş, tədricən daralaraq saplağa çevrilir, üstü yaşıl, çılpaq, altı ağ, zərif keçəvari tüklüdür. Oxlarının hündürlüyü 25-28 sm, yarpaqdan 2-3 dəfə uzundur, çiçəksaplağı kimi azacıq tüklüdür. Çiçəkqrupu çətirvari, 3-6 (10) çiçəkdən ibarətdir. Çiçəksaplağı 0,5-2 sm uzunluqdadır. Kasacığın uzunluğu 15 mm, eni 25–30 mm, dar boruvari, demək olar silindirvari, uzunluğu 4 mm kimi olan düz, lansetvari, tacın borucuğuna yapışmış iti dişlidir. Tacı sarı və ya açıq sarı, borucuğunun uzunluğu kasacığa bərabər və ya bir qədər ondan uzun, eni 25 mm kimidir. Qutucuq oval, demək olar kasacığa bərabərdir. Toxumları 1,5 mm uzunluqda, oval, xırda nöqtəvari çıxıntılı, qaradır.[1]

BQ qərbi, BQ Quba sahəsinin alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.