Ruprext qərənfili (Elmi adı - Dianthus ruprechtii Schischk. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1]
Ruprext qərənfili | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ruprext qərənfili |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxillik su bitkisidir. Gövdələri düz, 20—35 (50) sm hündürlükdədir. Yarpaqları qalxan, oturan, xətvari, 1,5-2 mm enində, bizvari—sivriləşmiş, tünd – uclu, kənardan nahamar, əsasında 6-8 mm uzunluqda qınla bitmişdir. Çiçəkləri oturaq gövdənin yuxarı hissəsində sıx yığılmış haldadır. Kasacıq 15—17 mm uzunluqda, silindrik şəkildə, tünd-qara, bənövşəyi rəngdədir. Yumurtavari,lansetli, iti dişlidir. Yarpaq ayası tünd, tərs – yumurtavari, 4-5 mm uzunluğunda, kənarları dişlidir.[2]
Çiçəkləmə--meyvə əmələgətirmə dövrü iyun-iyul (avqust) aylarına təsadüf edir. Toxumla çoxalır. Subalp qurşağında, çəmənlərdə, taxıl, müxtəlifotlu quruplaşmalarda rast gəlinir, quraqlığa nisbətən davamlı, işıqsevəndir.[3][4]
Böyük Qafqazın Quba hissəsi (Quba rayonu- Qonaqkənd və Hapıt kəndləri arası).
Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, antropogen amillər azalma təhlükəsini artırır.[5]
Otarılma, tapdalanma, biçənək.
Xüsusi qorunma tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya, bitdiyi əraziilərin nəzarətə alınması.