Ruqova kanyonu (alb. Gryka e Rugovës; serb. Руговска клисура) — qismən tanınmış Kosovo Respublikasının Peç şəhəri yaxınlığında yerləşən çay kanyonu. Kanyon Monteneqro sərhəddinə yaxın ərazidə yerləşir. 25 km uzunluğa və 1000 metr dərinliyə malikdir. Avropanın ən dərin kanyonlarından hesab edilir. Kanyon Peç buzlağının fəaliyyəti sayəsində formalaşmışdır. Daha sonra isə Peçska-Bistrisa çayının erroziya fəaliyyəti sayəsində formalaşır.[1]
Ruqova kanyonu | |
---|---|
alb. Gryka e Rugovësserb. Руговска клисура | |
Ümumi məlumatlar | |
Dərinliyi | 650-1000 |
Uzunluğu | 25 |
Aid olduğu çay hövzəsi | Peçska-Bistrisa |
Yerləşməsi | |
42°41′32″ şm. e. 20°10′07″ ş. u. | |
ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1985-ci ildə Ruqova kanyonu geoloji, speleoloji, hidroloji və botanik əhəmiyyəti nəzərə alınaraq qoruma altına alınmışdır.[2][3]
Qısa ancaq güclü çay olan Peçska-Bistrisa çayı Jleb və Koprivnik dağlarının arasında yerləşir. Dərə Peç şəhərindən 3 km qərbdə qərarlaşır. Çay 6 km məsafədə kanyondan vertikal kənarlara malik dərə ilə axır. Sonrakı ərazilərdə isə kanyonun kənarı ilə Kosovodan və Monteneqro istiqamətdə yol gedir.[4]
Kanyonun orta dərinliyi 650–1000 metrdir. Burada suxurlar əsasən mərmər, əhəng daşı və gil suxurlarından ibarətdir. Kanyonun yuxarı hissəsi bir buzlaq çuxurudur. Əsasən şərq sahilində yaşayış məntəqləri vardır. Qərbinə isə insanlar yay ayları gəlirlər. Kanyonda çoxlu sayda şəlalələr vardır. Onların ən hündürü çayın 6-cı kilometrliyində yerləşir. Şəlalə 25 metr hündürlüyə malikdir. Kanyon boyunca çoxlu mağaralar vardır. Onların çoxu hələ də araşdırılmamışdır. Ən məşhurları — Gryka e Madhe, Shpella e Karamakazit və Shpella e Kallabes.
Böyük Kanyon mağarası (Gryka e Madhe) Ruqova dərəsinin 8-ci kilometrliyində, çay yatağından 60 metr yuxarıda yerləşir.
Kanyon ilk dəfə 1993-cü ildə aşkarlanmıışdır. Ancaq yerli əhaliyə kanyon daha əvvəllər məlum olmuşdur. Kanyonun hazırda 5 qatı araşdırılmışdır. Mağaranı Slovakiya, Bolqarıstan ekspertləri və "Aragoniti", KEPA[5] artaşdırmışdır.
Ruqova kanyonu dağ turizmi və mağara araşdırmaçıları üçün əlverişli ərazidir. Ərazidə hələki balkanlarda ilk olan Via Ferrata[6] təşkil olunmuşdur.
Dərənin qutaracağında serb provaslav kilsəsinə tabe olan Peç monastrı yerləşir.