Rus (tarixi bölgə)

Rus (Qədim Rus dilində Роусь, və ya Роусьскаѧ землѧ (Rus torpağı) — şərqi slavyanların yaşadığı tarixi bölgə. Dövlət adı kimi Rus sözündən ilk dəfə 911-ci il rus-bizans müqaviləsində istifadə edilib. Bundan daha əvvəllər rus etnonimi (xalq adı olaraq) olub. XII əsrin əvvələrində yazılmış "İbtidai salnamə"yə əsasən bu söz varyaqların rus adlanan tayfalarından əmələ gəlib hansılar ki, slavyanlar (sloven, kriviçi) və fin-uqorlar tərəfindən 862-ci ildə tayfalararası münqaşiləri həll etmək üçün vasitəçi kimi dəvət olunublar. Tarixşünaslıqda belə bir məsələ var ki, şərqi slavyanaların torpaqlarında Rus xaqanlığı adında dövlət mövcud olub. Azsaylı yazılı mənbələr sayəsində Rus xaqanlığının rus ərazisində yerləşdiyi qeyd olunub.

Rus sözünün mənşəyi

[redaktə | mənbəni redaktə et]

Səlnamə mənbələrində qeyd olunduğu kimi, şərq slavyanlarının Rus dövlətinin adı varyaqların rus adlanan tayfalarının adından yaranıb. Varyaqların slavaynalar tərəfindən çağrılmasına qədər, gələcəkdə "birinci rus dövlətinin" yaranacağı bölgədə yaşayan slavyan tayfaları öz adları ilə yaşayırmışlar. Qədim rus salnaməçilərindən olan XII əsrin əvvəlində monax olmuş Nestor (Nesor Səlnaməçi) qeyd edir ki, "həmin varyaqlardan etibarən Ris torpağı adı yarandı".