Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası

Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar.

Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Yaranma tarixi 1924

Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu[1], torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.[2]

  1. Тимур Майсак. "«Генеалогическое древо» Института языкознания: история и предыстория формирования Института". Институт языкознания РАН (rus). 2020. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  2. "к.ю. йНГКНБЮ". 2013-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.