Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi

Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanmasıAzərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998;
  • Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 316. ISBN 9952-417-44-4.