Rusiyada Konstitusiya Referendumu (2020)

2020-ci il Rusiyada Konstitusiya Referendumu - 25 iyun və 1 iyul tarixləri arasında keçirilir. Koronavirus pandemiyasına görə bir dəfə təxirə salınan ümumxalq səsverməsi seçicilərin sağlamlıq təhlükəsizliyi nəzərə alınaraq, həftə ərzində və ölkə tarixində ilk dəfə olaraq onlayn formada keçirilir.

Rusiyada Konstitusiya Referendumu

Ümumxalq səsverməsinin qəbul olunması üçün 50 faizdən çox seçici fəallığı tələb olunmur. Bu seçkilərdə Rusiya əhalisi paket formada, yəni, təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verir. Buna səbəb isə mövcud konstitusiyaya 200-dən çox dəyişikliyin edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilir. Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.[1]

Dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

2020-ci ildə Federal Məclisə göndərdiyi mesajda Putin ölkənin Əsas Qanununa bir sıra dəyişikliklər təklif etdi. Sonradan təkliflər xüsusi yaradılmış işçi qrupu tərəfindən işlənib hazırlanandan sonra prezident müvafiq qanun layihəsini Dövlət Dumasının müzakirəsinə təqdim etdi. Mövcud Konstitusiyaya 171 dəyişiklik edilməsi planlaşdırılır.[2] Təklif edilən dəyişikliklərə əsasən konstitusiyada prezidentlik müddətinin "sıfırlanması", yəni düzəlişlərin qüvvəyə minməsindən sonra indiki prezidentin də yenidən namizədliyini irəli sürməsi imkanının yaradılması (bu isə o deməkdir ki, Putin 2024-cü ildən sonra yenidən iki müddət, yəni 12 il prezident ola biləcək) nəzərdə tutulur.[3]

Protokolların 100% emal olunduqdan sonra ümumi seçici fəallığının 67,97% təşkil etdiyi müəyyənləşib. Seçicilərin 77,92%-i (təxminən 58 milyon rusiyalı) dəyişikliklərin lehinə, 21,27%-i (təxminən 16 milyon nəfər) isə əleyhinə səs verib. Vladimir Putin 3 iyul tarixində ölkə konstitusiyasına dəyişikliklər edilməsi barədə fərmanı imzalayıb.[4]

  1. "Rusiyada konstitusiya dəyişdirilir". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.
  2. "Rusiyada konstitusiya dəyişir - Putin qərarı imzaladı". 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.
  3. "Putinin 2036-ci ilə qədər hakimiyyətdə qalmasının yolu açılır". 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.
  4. "Putin konstitusiyaya dəyişikliklər haqqında fərmanı imzaladı". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.