Rusiyanın Suriyadakı hərbi əməliyyatı

Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən[1] bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir.[2]

Rusiyanın Suriyaya hərbi müdaxiləsi
Suriyada vətəndaş müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi.[3] Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir.[4]

  1. Федеральный закон от 12.01.1995 N 5-ФЗ «О ветеранах», приложение, раздел III
  2. Вывод, с которым многие не согласятся. Решение президента США вывести войска из Сирии вызвало критику союзников и одобрение Владимира Путина // Газета «Коммерсантъ» № 236 от 21.12.2018 Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine — «Напомним, что Россия трижды объявляла о сворачивании военной операции и своего контингента в Сирии, но и после этого продолжала боевые действия».
  3. Jonathan Marcus. "Syria: What can Russia's military do?" (ingilis). Би-би-си. 2015-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.
  4. M. Kofman, M. Rojansky. What Kind of Victory for Russia in Syria? // Military Review (журнал) (ingilis). — 2018. March-April. — 6—23. ISSN 0026-4148.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]