Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən[1] bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir.[2]
Rusiyanın Suriyaya hərbi müdaxiləsi | |
---|---|
Suriyada vətəndaş müharibəsi | |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi.[3] Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir.[4]