Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi,[1] Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru[2]
Ruslan Əliyev | |
---|---|
Ruslan Allahverdi oğlu Əliyev | |
Doğum tarixi |
Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib.
1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib.[3].