Ruslan Allahverdiyev (tam adı: Ruslan Kamal oğlu Allahverdiyev; 10 aprel 1967, Müsüslü, Ucar rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ruslan Allahverdiyev | |
---|---|
Ruslan Kamal oğlu Allahverdiyev | |
Doğum tarixi | 10 aprel 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Xırdalan qəbiristanlığı |
Atası | Kamal |
Anası | Rakul |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
1967-ci il aprelin 10-da Ucar rayonunun Musüslü kəndində anadan olmuşdur. Bakı şampan zavodunda fəhlə işləmişdir.[2]
Subay idi.
Yanvarın 19-u axşam Salyan qazarmasının yanında olmuşdur. Əvvəlcə iki güllə yarası almış, sonra isə üstündən tank keçmişdir. Atası onun meyidini Salyan qazarmasının yanından tapmışdır.
Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
Abşeron rayonu, Sulu təpə qəsəbəsi, E. Telman küçəsi, 25.
Yaşadığı Sulu təpə qəsəbəsindəki E. Telman küçəsinin adı dəyişdirilərək Ruslan Allahverdiyev küçəsi edilmişdir.