Rusların Təbriz işğalı (1911)

Rusların Təbriz işğalı (1911)Qacarlar sülaləsi zaman 1905-ci ildən 1911-ci ilə qədər davam etmiş Məşrutə inqilabı zamanı Çar Rusiyası qoşunlarının hücum edərək Təbriz şəhərini işğal etməsi nəzərdə tutulur. Rus işğalı Birinci Dünya müharibəsi zamanı da davam etmişdir.[1]

Rusların Təbriz işğalı (1911)
Ruslar tərəfindən təbrizli inqilabçıları və onların qohumlarının edamlarının ilk mərhələsi. Dar ağacı rus bayrağının rəngləri ilə rəngləndirilmişdir.
Ruslar tərəfindən təbrizli inqilabçıları və onların qohumlarının edamlarının ilk mərhələsi. Dar ağacı rus bayrağının rəngləri ilə rəngləndirilmişdir.
Tarix 1911 dekabr
Yeri Təbriz şəhəri
Səbəbi Məşrutə inqilabı
Nəticəsi Rus qalibiyyəti
Ərazi dəyişikliyi Təbriz 1917-ci ilə qədər rusların nəzarətində qaldı
Münaqişə tərəfləri

Rusiya imperiyası

Konstitutionalistlər

Komandan(lar)

II Nikolay

Mirzə Əli Siqqətülislam

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşğal zamanı 1200-dən çox təbrizli rus hərbi dəstələri tərəfindən qətlə yetirilmişdir.

1905-ci ildə bütün İranda məşrutə hərəkatı başlamışdı. 1908-ci ildə Tehranda əksinqilabı çevriliş baş verdikdən sonra buna qarşı bir çox yerlərdə üsyanlar başladı. Bu üsyanların ən böyüyü isə Təbriz şəhərində baş vermişdir.[2]

İran irtica qüvvələri bütün ölkəni bürüyən inqilabı hərəkatı yatırmaq üçün Rusiyadan kömək istəmişdi.

Ruslar şəhəri işğal etməmişdən əvvəl İran parlamentinə ultimatum verdilər. Ultimatumda rusların 3 əsas şərti var idi, bunlardan ən əsası isə amerikan hüquqşünas Morqan Şusterin işindən qovulması idi. Morqan Şuster ölkə parlamenti tərəfindən maliyyə sistemini qaydaya salmaq üçün yenicə işə götürülmüşdü. Rusiyanın ultimatumundan sonra İran parlamenti bunu rədd etdi, lakin hökumət ultimatumu qəbul etdi. Buna baxmayaraq, rus qoşunları şəhərə hücum etdilər.[3]

Rusların əsas məqsədi Təbriz, ƏnzəliRəşt şəhərinin işğal edilməsi idi. Üç gün davam edən ağır artilleriya atəşindən sonra Təbriz şəhəri işğal edildi.

Təbriz şəhəri 1917-ci ilə qədər rus işğalı altında qaldı.[4]

Şəhərin bir sıra memarlıq abidələri şəhər bombardman olunarkən dağıdılmışdı. Şəhər tutulduqdan sonra isə Təbriz şəhərində yerləşən Ərk qalası ruslar tərəfindən yandırılmışdı. Həmçinin, qalanın bir hissəsi də bombardman zamanı dağıdılmışdı.[3][4]

Təbriz şəhəri rusların əlinə keçdikdən sonra şəhərdə yaşayan konstitutionalistlərin özləri və qohumları qətlə yetirildi.[5] Təxminən bu qətllər zamanı 1200 insan öldürülmüşdür.[3][4]

  1. Cronin, 2013. səh. 323
  2. Alidad Mafinezam, Ariya Mehrabi. Iran and Its Place Among Nations ([[Azərbaycan dili|azərb]]. İran və onun millətlər arasında yeri‎). 9780275999261. 2007. səh. 57.
  3. 1 2 3 "Cossacks on Persian Raid Slaughter 2500; Martial Law Proclaimed at Teheran and Soldiers Prevent National Council Meeting; Shuster, Ex-treasurer, Ready to Flee; American Is Promised Safe Conduct and Will Try to Reach Caspian Sea; Russians Massacre 1500 in 3 Days at Resht [Rasht]; Hundreds Are Butchered at Anzili [Anzali] Is Report Carried to Capital by Courier". Los Angeles Evening Herald. December 26, 1911. səh. 1. 24 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
  4. 1 2 3 Hasan Javadi; Edward Granville Browne. Letters from Tabriz: The Russian Suppression of the Iranian Constitutional Movement. Mage Publishers. 2008. ISBN 978-1-933823-25-6. 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  5. Cronin, 2013. səh. 325
  • Cronin, Stephanie, ed. (2013). Iranian-Russian Encounters: Empires and Revolutions Since 1800. Routledge. ISBN 978–0415624336.