Motor yarışlarının keçirildiyi “Rustavi Beynəlxalq Motorparkı” Gürcüstanın paytaxtı Tbilisi şəhərindən 20 km cənub şərqdə yerləşir.
SSRİ-də sonuncu Sürətli Avtomobil Yarış Meydanı Gürcüstan Respublikasının Rustavi şəhərində tikilmişdir. 1978-ci ildə istifadəyə verilmiş Sürətli Avtomobil Yarış Meydanının ərazisi sxemi üzrə yolun START xəttindən FİNİSH xəttinə kimi uzunluğu 2.5 (4 km) mil və eni 18 (59 fut) metr təşkil edir. Döngələrdə yolun eni 14 (46 fut) metr, düz hissədə isə yolun eni 12 (39 fut) metrdir. Kartinq, avtomobil və motosiklet yolları da bütövlükdə bu kompleksə daxildir, həmçinin azarkeş tribunası 500-800 nəfərlikdir. Texniki bina (təlim-məşq binası) və Mehmanxana həmin meydanın yaxınlığında yerləşmişdir. Burada ilk dəfə yarış 1979-cu ildə təşkil olunmuşdur. 1989-cu ilə kimi bu yarış meydanı SSSR-nin 11 çempionatına ev sahibliyi etmiş, 1989-cu ildən 2009-cu ilə kimi isə yarış meydanı fəaliyyətini dayandırmış və dağılaraq istifadəsiz (yararsız) vəziyyətə gəlmişdir. 2009-cu ildə isə özəl şirkət olan STROMOS dövlət auksiyonunda bu ərazini satın almış və təmir-bərpa işlərinə başlamışdır.
Hal-hazırda yarış meydanında konfiqurasiya dəyişiklikləri edilərək yenidən tikilmişdir. Əraziyə 250000 m³ qrunt torpaq gətirilmişdir. Daimi 2000 nəfər azarkeşi qəbul edəcək beton tribuna tikilmişdir. İkinci tribunanın yananında FİA standartına cavab verən 28 ədəd qutu çuxurlar, tribunanın yuxarısında isə konfrans zalı və restoran tikilmişdir. Yarışa nəzarət qülləsi isə Pitbildinqin 3-cü mərtəbəsində yerləşir. Ağır tonajlı yük maşınları üçün tunel 2-ci və 3-cü döngələrin arasında düzəldilmişdir. Eyni zamanda çəpərlənmiş ərazi ilə əsas tribunanı birləşdirən yeraltı keçid əlavə olunmuşdur. Azarkeşlər 2 Svanuri qalasındakı körpü vasitəsi ilə yeni tikilmiş 3-cü tribunaya daxil ola biləcəklər. Yarış meydançası bir neçə mühəndis sistemi – bütün ərazini lentə alan video nəzarət, 14 elektron nəzarət siqnal işıqları, fiber-optik şəbəkə, səs paylama və 5 buqelli AMB xronometrajla təchiz olunmuşdur. START- FİNİSH xəttinin yanı ½ mil genişləndirilərək arx (drenaj) çəkilmişdir.
Tikinti işlərindən sonra meydanın yarış yolu FİA-nın Təhlükəsizlik üzrə 2-ci dərəcəsinə layiq görülmüş və buda öz növbəsində GP2 yarışı daxil olmaqla digər növlərdə beynəlxalq yarışların təşkilinə zəmin yaratmışdır. Meydandakı bütün çökək yerlər (axın yerlər) çınqıl daşlarla (qravel) doldurulmuş və həmçinin onlardan ən vaciblərinin isə çınqıl daşdan sonra üzərləri asfalt örtüklə bağlanmışdır.
.2012-ci ildə meydanda müxtəlif növ yarışlar – 8 mərhələdən ibarət Milli Əfsanəvi Avtomobil yarışı, Formula Alfa çempionatı, dartma (iplə) yarışı, cütlük yarışı, driftinq, kartinq, motosiklet və klub yarışıları keçirilmişdir. Yarış biletləri 5 (təxminən 3$) Gürcüstan larisidir və Giriş qapısının yanında satılır. Daha əhəmiyyətli yarışlar yerli televiziya kanalı olan “Kanal 1”lə (Gürcüstanın İctami Yayımçısı) yayımlanır. 14 iyul 2012 tarixindən isə yerli bukmeyker “EuropeBet” Gürcüstan Açıq Avtomobil Çempionatının əsas qrup yarışları ilə bağlı yer ayırmışdır.
Bu motorpark bir neçə - Körfəz yarışları, Azad Bank yarışları, Daxili İşlər Nazirliyinin komandası, Acariya komandası, VTB Bank, İdman Nazirliyinin komandası və Gürcüstanın İctimai Yayımçısı kimi yeni yaradılmış milli komandaların evinə çevrilmişdir.
Specification | Size |
---|---|
Length | 4.140 km |
Minimum width | 12.5 m |
Maximum width | 21.5 m |
Length of start-finish straight | 667 m |
Maximum speed estimate for GP2 car | 282 km/h |
Direction | Counterclockwise |
Maximum longitudinal rise | 3.16% |
Maximum longitudinal fall | 2.5% |
Minimum lateral slope | 1.75% |
Maximum lateral slope | 8% |
Turns | 7 left, 5 right |
Grandstand capacity at the first stage of operation | 7500 |
Number of pits | 28 |
Size of pit garage | 6x14 m |