Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim[1]. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur.
Ruten Qaqloyev | |
---|---|
Doğum tarixi | 12 (24) fevral 1888 |
Vəfat tarixi | 19 iyul 1937 (49 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, mühəndis |
12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır. oset. «Ног цард» qəzetində dərc etdiyi bir sıra məqalələr yazır. 1913-cü ilin yayında imperiya ordusuna çağırılır. Birinci Dünya müharibəsi başlayandan sonra, zabit rütbəsi ilə Tiflis əyalətinin Qori rayonunda yerləşən dəmiryol qoşunlarına göndərilir. 1917-ci ildə vətəninə qayıdır. Dzau kəndində keçirilən Cənubi Osetiya nümayəndələrinin İkinci Konqresindən sonra Ruten Qaqloyev yol komissiyasına seçiir. Eyni qurultayda Cənubi Osetiya Milli Şurasına da seçilmişdir. 1918-ci ildə Tsxinval-Zaramaq yolunun layihələndirilməsinə başlayır, Cənubi Osetiyada körpülərin və keçidlərin inşasında iştirak edir. 1920-ci ildə Cənubi Osetiyadakı üsyan səbəbiylə qaçqınlara kömək etdiyi Şimali Osetiyaya köçür. Tutulur və Pskov yaxınlığındakı bir düşərgəyə sürgün edilir, oradan Baltikyanı ölkələrə qaçır. Polşa, Almaniya, İngiltərə və Fransada sürgün həyatı yaşayır. Xaricdə olarakən "Noq sard" qəzetində nəşr olunan oset. «Хуссармæ», «Тарды сагъæс», «Æцæгæлон бæстæты», «Европæ» şeirlərini yazır.
1928-ci ildə Cənubi Osetiyaya qayıdır və 4,5 kilometrlik tunel hissəsi olan 40 kilometr uzunluğunda Zaramaq-Uanel yolunun layihələndirilməsinə başlayır. Layihəsi haqqında 1929-cu ildə rus. «Фидиуæг» jurnalının 8-9 sayında "Osetiya aşırım şose yolu" başlıqlı məqaləsini yazır.
Tsxinvali Su Elektrik Stansiyasının direktoru olur. Cənubi Osetiya Araşdırma İnstitutunun sənaye şöbəsinə rəhbərlik ediri. Cənubi Osetiya Pedaqoji İnstitutunda dərs deyir. Layihəsi zamanı o, yol boyu Cənubi Osetiyanın toponimik xəritəsini hazırlayır.
1937-ci il iyulun 19-da məlumat əsasında həbs olunur və repressiyaya məruz qalır[2].
1987-ci ildə Tsxinvalidə ölümündən sonra "Namıs" adlı əsərlərinin toplusu nəşr olunur.