Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[1][2][…], Bryokelen[d], Utrext – 19 iyul 2019[3][2][…], Betsterzvaq[d], Frislandiya[d][4]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb.
Rutger Hauer | |
---|---|
nid. Rutger Hauer | |
Doğum adı | Rutger Oelsen Hauer |
Doğum tarixi | 23 yanvar 1944[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 2019[3][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | aktyor, kino aktyoru, kinorejissor, televiziya aktyoru |
Fəaliyyət illəri | 1969–2019 |
Boyu | 1,85 m |
Mükafatları |
|
IMDb | ID0000442 |
Vikianbarda əlaqəli mediafayllar |
Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı.
Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. [5]
Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə[6] anadan olmuşdur. [7] 1981-ci ildə verdiyi bir reportajda "Mən müharibənin ortasında anadan olmuşam və bu səbəbdən pasifizmdə dərin köklərim olduğunu düşünürəm. Zorakılıq məni qorxudur." Valideynləri Tyonke və Arend Hauer Amsterdam yaxınlığında bir aktyor məktəbi işlədən aktyor idilər. Üç bacısı vardı, biri böyük və iki kiçik.
Hauer, 2013-cü ildə Hollandiya Aslanı ordeni ilə təltif edilərək cəngavər adı aldı.
Hauer, 1985-ci ildə ikinci həyat yoldaşı, 1968-ci ildən bəri birlikdə olduğu İneke ten Keyt ilə evləndi. Birinci həyat yoldaşı Haydi Mersdən Ayşa Hauer adlı bir övladı var. Aktrisa olan 1966-cı il təvəllüdlü Ayşa 1987-ci ildə ana oldu və Rutger də 43 yaşında baba oldu.[8]
2007-ci ilin aprel ayında o, Patrik Kvinlanla birlikdə yazdığı "Bütün o anlar: Qəhrəmanlar, cinayətkarlar, replikantlar və ülgücün üzəri ilə qaçanların hekayələri" adlı avtobioqrafiyasında o özünün bir çox film rollarını müzakirə edib.[9] Kitabdan əldə edilən gəlir Rutger Hauer Dəniz Ulduzları Dərnəyinə yönəldilib.[10]
Hauer, 19 iyul 2019-cu ildə, Hollandiyanın Beetsterzvaaq kəndindəki evində, təyin olunmamış xəstəlikdən sonra vəfat edib.[11][12]