Ruyş ilanbaşı

Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana)

Ruyş ilanbaşı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ruyş ilanbaşı
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 595.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]