Sövdələşmə qabiliyyəti

Sövdələşmə qabiliyyəti[1] — mübahisəli situasiyada olan tərəflərin bir-birinə təsir göstərmək qabiliyyəti. Əgər hər iki tərəf debatda bərabər şəraitdə olarsa, o zaman onlar bərabər sövdələşmə qabiliyyətinə malik olarlar. Bu, tərəflərin ölçüsü və gücü, mövcud alternativlər və ünsiyyət kimi amillərdən asılıdır. Sövdələşmə qabiliyyəti əmək haqqı, qiymətlər və bazar strukturu kimi iqtisadi nəticələrə təsir göstərə bilər. Buna dövlət tənzimlənməsi və elmi-texniki tərəqqi kimi xarici amillər təsir edir.

Sövdələşmə qabiliyyəti konsepsiyasının ardıcıl təhlil üçün mühüm əhəmiyyət kəsb etdiyi bir sıra sahələr var. Bunlara oyun nəzəriyyəsi, əmək iqtisadiyyatı, kollektiv sövdələşmələr, diplomatik danışıqlar, məhkəmə çəkişmələrinin həlli, sığortanın qiyməti və ümumilikdə istənilən danışıqlar daxildir.

Sövdələşmə qabiliyyətinün bir neçə formulları hazırlanmışdır. Amerikalı iqtisadçı Nil Volverton Çemberlenə görə, A-nın sövdələşmə qabiliyyətinü B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərclərin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərə nisbəti kimi izah etmək mümkündür. A ilə fikir ayrılığının B üçün yaradacaq nisbətən yüksək həmcdəki xərci o deməkdir ki, A-nın sövdələşmə qabiliyyəti güclüdür. Razılaşmanın yaradacağı xərclərin nisbətən yüksək həcmdə olması A-nın sövdələşmə qabiliyyətinün zəif olduğunu göstərir. Bununla belə, bu cür ifadələr özlüyündə A-nın B-yə nisbətən güclü və ya zəif tərəfləri barədə heç bir məlumat vermir, çünki B eyni şəkildə güclü və ya zəif sövdələşmə qabiliyyətinə malik ola bilər. Buna baxmayaraq, B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərcləri B-nin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərdən böyükdürsə, həmçinin A-nın B-nin şərtləri ilə razılaşmadığı halda yaranacaq xərcləri A-nın B-nin şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərdən kiçikdirsə, deməli A-nın sövdələşmə qabiliyyəti B-nin sövdələşmə qabiliyyətindən böyükdür.[2]

  1. "Müstəqilliyimiz kimi əbədi, dönməz - Heydər Əliyev idealları". azertag.az. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  2. Kuhn, James W.; Lewin, David; McNulty, Paul J. "Neil W. Chamberlain: A Retrospective Analysis of His Scholarly Work and Influence". British Journal of Industrial Relations. 21 (2). July 1983: 143–160. doi:10.1111/j.1467-8543.1983.tb00127.x.