Söyüdyarpaq gülәvәr

Centaurea salicifolia Bieb. (Jacea salicifolia (Bieb.) Sojak)

Söyüdyarpaq gülәvәr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Söyüdyarpaq gülәvәr
Beynəlxalq elmi adı

Hündürlüyü (16) 40-80 (110) sm, gövdəsi düz, şırımlı, qısa narın tüklü, çox vaxt bozumtul rəngli, sadə və ya yuxarı hissədə budaqlnmış olan çoxillik ot bitkisidir.[2]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Aşağı yarpaqları saplağa daralmışdır. Yuxarıda yerləşənlər qısa saplaqlı, qaidə hissəsinə doğru daralmış, sonrakılar isə oturaqdır, adətən uzunsov-neştərvari, bəzən uzunsov-ellipsvari və yaxud enli-neştərvaridir, sivriləşmişdir, nisbətən aralıda yerləşən yarpaqlar qısa dişli və ya tamkənarlıdır, azalan təpə yarpaqları səbətə yaxın yerləşmişlər.[2]

Çiçək[redaktə | mənbəni redaktə et]

Səbətlər tək-tək və ya 2-7 sayda olub, qalxan çiçək qrupunda yerləşmişdir, yumurta şəkilli və ya yumurtavari-şarşəkilli formadadır, eni 8-12(15) mm-dir; adətən üçkünc-neştərvari iti və ya sivriləşmiş qaraqonuru və ya qara törəməli qın əmələ gətirmiş yarpaqların kənarları uzun daraqşəkillikirpiklidir. Kirpiklər açıq-qəhvəyi və ya demək olar ki, qara rəngli kirpikciklidir. Tac cəhrayı-purpur (al-qırmızı) rəngdədir.[2]

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumlar uzunsov, hamar, ağ və ya bozumtul rənglidirlər, uzunluğu 3 mm-dir, az tükcüklüdür; qısa kəkillidir.[2]

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

(İyun) İyul-Sentyabr[2]

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr[2]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi. Aşağı dağ qurşağından, subalp qurşağına qədər.[2]

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, talalarda, meşə ətrafında, kolluqlar arasında, dağ çəmənliklərində rast gəlinir.[2] BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşələrdə, meşə kənarlarında, kolluqların arasında, dağ çəmənliklərində bitir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.
  2. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  3. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Həmçinin bax[redaktə | mənbəni redaktə et]