Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sübhi Osman oğlu Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi.[mənbə göstərin]
Sübhi Şıxlinski | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan SSR, SSRİ |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
1964-cü ildə Azərbaycanın Şəmkir şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alan S.Şıxlinski 1990–1993-cü illərdə Məhəmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində fəlsəfə və sosiologiya fənləri üzrə dərs deyib. Daha sonra yenidən Moskvaya qayıdan həmyerlimiz burada elmi fəaliyyətini davam etdirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildə siyasi texnoloq kimi Rusiya Federasiyasında prezident seçkiləri keçirilərkən B.N.Yeltsinin seçki qərargahına, milli diasporlarla, dini qurumlarla və soydaşlarla işlər şöbəsinin rəisi vəzifəsinə dəvət edilib. Rusiya hökumətinin müxtəlif mükafatlarına layiq görülən soydaşımıza 2007-ci ildə Rusiya Prezidenti V.V.Putinin fərmanına əsasən, üçüncü dərəcəli həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.[1]