Südabə İrəvanlı

Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair.

Südabə İrəvanlı
Doğum tarixi 7 yanvar 1962(1962-01-07) (62 yaş)
Doğum yeri
Üzvlüyü Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı

Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş [1] və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" [2], "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir.

Ailəlidir, üç övladı var.

  • "Vətən səndə gözüm qaldı" [3]
  • "Yandım həsrət oduna"
  • "Dözürük dözümü daşdan çıxardıb" [4]
  • "Qərib quşun nəğmələri"
  • "Kədərin dili"
  1. "Butov.az". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  2. "Palitra". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  3. "Vətən səndə gözüm qaldı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  4. "Dözürük dözümü daşdan çıxardıb". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.