Süfrə aksesuarları

Süfrə alətləri — insanların yemək yeyərkən istifadə etdikləri qaşıq, çəngəl, bıçaq və s. nəsnələr.

Ən qədim süfrə aksesuarı bıçaq sayılır

[redaktə | mənbəni redaktə et]

Düşünülür ki, bacarıqlı insanlara ilk alətlər kimi onun əlləri deyil, sümükdən və daşdan hazırlanmış bıçaqları kömək etdi. Min illər boyunca bıçaq silah kimi istifadə edilirdi, Xüsusən ovçuluq və müxtəlif işlərlə məşğul olarkən bıçaq mühüm rol oynayırdı. Lakin 5000 il sonra spesefik formada olan və süfrədə istifadəsi yararlı sayılan bıçaqlar yarandı. Orta əsrlərə kimi bütün insanlar müəyyən yerlərə gedərkən öz bıçaqlarınəı özləri ilə birlikdə aparırdılar. Həmin bıçaqlar yalnız yemək zamanı deyil, eyni zamanda iş prosesində də istifadə edilirdi. XV – XVI əsrlərdə məşhur şəxslərin evlərində bahalı bıçaqlar meydana gəlməyə başladı. Bu bıçaqlar qızıldan hazırlanırdı və qulp hissələri bahalı ağaclardan düzəldilirdi. Vaxtın keçməsi ilə bıçaqların yalnız materiallarında dəyişikliklər oldu. Qızıldan və gümüşdən böyük ustalıqla hazırlanan bıçaqlar özlərini arxa hissəsi plastikdən olan bıçaqlarla əvəz edildi. İlk dəfə misdən və bürüncdən hazırlanmış bıçaqlar heç də müasirlərindən geridə qalmır və seçilmir. XVII əsrə qədər bir hissəsi ülgücdən olan bıçaqlar var idi. Bu növdə olan ilkin bıçaqlar XIV Lüdovikin dövründə onun əmri ilə yaradılmışdı. Çünki qulluqçuların bu yolla dişlərini qurdalamasından uzaqlaşmaq istəyirdi və yeməklərin bıçaqla yeyilməsinin təşkilinə çalışdırdı. Bütün bunlara baxmayaraq qatlanan bıçaqlar romalılar tərəfindən hələ I əsrdə yaradılmışdı. Onlar bundan hərbi yürüşlər zamanı və səyahətlərdə istifadə edirdilər. Tezliklə ciblərdə gəzilməsi mümkün olan bıçaqlar da hazırlandı. XVI əsrin sonunda qatlanması mümkün olan bıçaqlar səyahətçilər və əsgərlər üçün əvəzeduilməz rola malik oldu, həmçinin qorunmaq və süfrə ləvazimatlarından birinə çevrildi.

Bıçaqdan sonra əsas ikinci ləvazimat qaşıq oldu

[redaktə | mənbəni redaktə et]

İlk qaşıqların nə vaxt yarandığı isə məlum deyil, çünki ilk qaşıqlar gil, qozun qabığı və balıqqulaqlarından düzəldilmişdi. Həmin dövrdən sonra insanlar hələ də bəzi qidaların hazırlanmasında balıqqulaqğındanm olan qaşıqlardan istifadə edir, hətta latın və qədim yunanlılarda qaşıq ilbizin qulaqları da adlandırılır. Bizim eradan əvvəl III əsrdən başlayaraq balığın sümüklıərindən və taxtadan hazrılanmış qaşıqlar meydana gəldi. Qədim yunanlılar artıq qızıl qaşıqlardan yararlanırdı. Misirdə qaşıqları zinət əşyalarından hazırlayırdılar, xüsusi sümüklər və daşlarla bəzəyirdilər, aid kəndlilər isə taxta qaşıqdan istifadə edir, ya da yeməkləri əlləri ilə yeyirdilər. Cənub şərqi Asiyada kristalda gözəl qaşıqlar düzəldirdilər, daha sonra bunlar farfırla əvəz edildi. Avropada daha çox taxta qaşıqlara yer verilirdi. İngilis sözü kimi tanınan spoon məhz yonqar mənasını ifadə edir. Rusiyada isə Avropadan da tez bir müddətdə qaşıqlar yayılmağöa başladı. XIX əsrə kimi taxtadan olan qaşıqları qonaqlığa gedəndə aparmaq mümkün idi. Bu növdə olan qaşıqların müxtəlif formlarada və tiplərdə olanları da var idi. Rusiyada ilk dəfə gümüş qaşığın istifadəsi 988-ci ilə aid edilir. Həmin dövrdə yeni sülhün əldə olunması üçün Vladimir Krasno Solnışka çoxlu sayda gümüşdən olan qaşıq tələb etmişdi.

Romalılar bu süfrə aksesuarlarını bütün Roma İmperoyasına yaymağı bacardılar. Onlar qaşığın uzun qulplu formasına üstübnlük verirdilər. Avropada qaşıqlar yumru aşağı hissədən və rahat tutmaq üçün nəzərdə tutulmuş qısa qulpdan ibarət idi. Yalnız XV – XVII əsrlərdə yenidən oval formada oplan uzun qaşıqlardan istifadə edilməyə başlandı. Xüsusi parikllərdən və geyimlərdən yararlanmağa başlanıldığı dövrdə qaşıqlarda da müxtəlif dəyişikliklər edildi və formaca uzadılmağa başlandı. XIX əsrin ortalarında yastı formada qulp hissəsi olan və barmaqlarla alicənab üsulda tutmağı mümkün olan qaşıqlar yaradıldı. Həmin vaxt da qaşıqların 12 apostoldan uibarət olan fioqursası yaradılıdı. Məhz buna görə də müasir zamanımızda belə servislərin hamısı 12 parçadan ibarətdir. Balaca uşaqları xaç suyuna çəkildiyi zaman onlara gümüşdən hazırlanmış apostol qaşıqları verilirdi. İndiki dövrdə qədər bu adət bir çox xristian xalqlarında saxlanılmışdır. Qonşumuz Rusiyada isə bu adət uşağın birinci dişi çıxdığı zaman edilir. İncəsənət nümunəsi kimi süfrə aksesuarları lap qədim zamanlardan istifadə edilir. Süfrə gümüşləri aristokratlığın simvolu idi və etiketin əsas hissəsini təşkil edərək təmtarağın predmeti sayılırdı. XVII əsrin sonlarında metal qaşıqlar tanınmağın əsas predmeti olmaqdabn çıxdı və istəınilən ailədə bürüncdən olan qaşıqlara rast gəlmək mümkün idi. XIX əsrin əvvəllərində mislə nikel və sinkin qarışığından olan qaşıqlar meydana gəldi, hansı ki, gümüşə çox bənzəyirdi. Melxiordan qayırılmış qaşıqlar tezliklə Avropada məşhurlaşdı. XIX əsrin ortalarında aliminiumdan olan servislərin geniş yayıldığı dövr idi. III Napalyonun dövründə onun süfrəsi ətrafında alüminium qaşıqlar yalnız imperatorun və ən hörmətcil qonaqların stolunda yer alırdı. Digər insanlar isə başqa materiallardan olanq qaşıqlardan qidalanırdı.

Çəngəl — ən gənc süfrə aksesuarıdır

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çəngəl

Müasir çəngəlin prototipi Qədim Yunanıstanda yaranmışdır. Bu çox böyük instrument idi və iki uzun dişdən təşkil edilmişdi. Xüsusən qızardılmış ət yeməkləri və çətin məhsullardan olan isti xörəklər üçün nəzərdə tutulmuşdu. İki dişli çəngəllərdən başqa şiş və qaratoxmaqdan da insanlar yararlanırdı. Bu cür asksesuarlar xüsusən ət xörəkləri olan süfrələrə qoyulurdu. Həmin vaxt yemək üçün çəngəldən əvvəl əllərindən istifadə edirdilər. Bəzən insanlar yeməklə əlaqədar əllərinə əlcəklər geyinir, hətta barmaqlar üçün nəzərdə tutulmuş məmulatlardan da isitifadə edirdilər. Bu barmaqlıqlar əlllərin çirklənməsinin qarşısını alırdı. VII əsrdə çox da böyük olmayan və iki dişdən təşkil edilmiş çəngəllər Türkiyədə meydana gəldi, X əsrdə Vizantində yayıldı, hansı ki, elə buradan bütün Avropaya keçid etdi. Çəngəlin çətin istifadə olunması insanlarda narahatlıq yaradırdı və Orta əsrlərdə çəngəllər istifadəsiz qalaraq, unudulmağa başlandı. Bir çox ölkələrdə isə Roma papasının əmri ilə çəngəl qadağan edilmişdi. XIV – XVI əsrlərdə çəngəllər varlıların şıltaqlığına çevrilmişdi. Fransada həmin müddətdə bıçaqla qidalanma dayanmışdı və bir dişli çəngəldən istifadə edilirdi. Hətta XVII əsrlərin əvvələrində ingilis alicənabları çəngəli artıqlıq sayırdı və əl barmaqlarından istifadə etməyi daha əlamətdar bilirdilər. Həmin dövrün etiketindən asılı olaraq əli eleqant vəziyyətdə üç baramaqları ilə götürürdülər və bundan sonra barmaqlarını spesefik şəkildə sudan axıdırdılar. Yalnız XVII əsrdə üç və dörd dişdən ibarət olan çəngəllər yarandı və bunlar ən yüksəksəviyyəli şəxslərin atributuna çevrildi.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Avropa yeni keyfiyyətli məhsullarlıa tanış oldu və yeni reseptlər əldə edildi. Bu zaman maraqlı və özünə diqqət cəlb edən xörəklər bişirilməyə başlandı. Bu zaman da yeməklərin hazırlanması üçün bıçaq, qaşı, və çəngəllərin müxtəlif növləri meydana əlməyə başladı. Beləliklə etiket getdikcə daha da mürəkkəblıəşmiş formaya çüvrildi. XX əsrdə yeni hərəkətlər üzərində dəyişikliklər edildi. XIX əsrdə çəngəl – qaşıq yarandı. Bu aksesuar öpzündə iki yaxud üç dişi birləşdirir. Plastikdən olan çəngəl – qaşıqlar fast – food yeməklərinin yanında verilir. Bunlarla desert və dondurmaların yeyilməsi daha rahatdır. Çəngəl – qaşığın digər növlərində isə bir tərəfdə qaşıq, digərində isə çəngəl olur. Hətta çəngəl, bıçaq və qaşığı özündə birləş.dirən aksesuarlara da rast gəlmək mümkündür. Bəzən bizə elə gəlir ki süfrə aksesuarların yalnız çəngəl, bıçaq və qaşıq aid edilir. Çünki yer üzündəki insanların çox hissəsi bunlardan istifadə edirlər. Digərləri isə çubuqlar, bıçaq və əlləri ilə yeməyə daha çox üstünlük verirlər. Berlə nəticə əldə etmək olar ki, çubuqlar da yer üzündə ən güniş yayılmış yemək üsuludur.

Hələ də məlum deyil ki, ilk dəfə yemək üçün nəzrdə tutulan çubuqlar harada yaranmışdır. Bəzən düşünülür ki, odun üzərindəki hər hansı qidaları çevirmək və yaxud götürmək üçün istifadə edilən çubuqlar sonradan bu vəziyyətə gətirilmişdir. Əvvəllər bu qida çubuqlarını bambuk ağacından hazırlayırdılar. Asiya hərbçiləri də bu növdə olan yemək qaydasına üstünlük verir. Monqol xalqalrı da bu cür yeyintiyə keçid etdilər. Ən qədim olan çübuqlar Çində aşkarlanmışdır və bürüncdən düzəldilən bu çubuqların bizim eradan əvvəl XII əsrə aid olduğu bildirilir. Yemək üçün nəzərdə tutulmuş çubuqlar regional mərasimlərdə və barlıların təntənləi haidsələri zamanlı istifadə edilirdi. Yalnız bizim eranın VIII – IX əsrlərində bu çubuqlar süfrə aksesuarına çevrildi. Çin dilində bu çubuqlar kuàizi adlandırılır. Mənasısı isə cəld bambuk deməkldir. Bambuq bu çubuqlar üçün ən uiyğöun ağac formasıdır, çünki özünə məxsus olan qoxuya və dada malikdir, həmçinin istini və nəmişliyi özündə saxlmır. Bu çubuqları zinət əşyalarında, sandaldan, fillərin sümüklərindən və bir çox məmulatlardan da hazırlayırdılar. Təəccüblüdür ki, məhz Cənub Şərqi Asiyada bu yemək mədəniyyəti yarandı. Çünki onların qidalarının çoxu olduqca balacadır. Onlar ətdən və tərəvəzlərdən az istifadə edir və Yaponiyda olan düyülərdən geniş yararlanırlar. Həmin düyülərin də tərkibində az miqdarda yapışqan olduğuna görə asanlıqla çubuqlardan istyifadə etmək olar.

Müəyyən dövrlər ərizndə bambukdan hazırlanan çbuqların uzunluları dəyişdi və 40 sm qədər uzadıldı. Hətta metaldan olan çubuqlar da istifadəyə balandı. Bu uzun çubuqlar yeməklərin hazırlanması üçün nəzrədə tutulmuşdu, 20 – 25 sm olanlar yalnız yemək üçün əhəmiyyətli idi. Bu çubuqlarla yalnız düyü, ət və tərəvəsi yemək asan deyil, eyni zamanda balıqların da sümüklərinmui görmək mümkündür. Bambukdan olan çubuqlarla yemək farsfordan, metaldan, lak vuirulmuş və müxtəlif çeşidli bahalı ağöaclardan, fil sümüklərindən hazırlanmış çubuqlardan olduqca asandır. Bu cür mədəniyyətə malik olmaq və xörək yemək çox çətin, bacarıq tələb edən işdir. Çində ağacdan və bambukadn hazırlanmış çubuqlara yer verilir. Yaponiyada isə lak vurulmuş çubuqlar geniş yayılıb. Bunlar baqlıq üçün nəzərdə tutulmuşdur. Kişilər, qadınlar və uşaqlıar üçün olan çubuqlar ölçüləri baxımından bir – birindən fərqlənirlər. Xüsusən uşaqlar üçün olanlar bəzən rənglənmiş formada olur. Yaponiyada açşağı hissəsi daha çox yuxarıya qaldırılmış vəziyyətdə olan çubuqlar, Tibet və Tayvanda karandaş üsulunda hazırlanır. Koreyada isə nerjavikadan olur. Adətə görə gümüşdən olan çubuqları koreyalılar hazırlayırdı və tyalnız aristokrat şəxslər istifadə edirid. Asiya restoranlarında eyni ölmçüyə malik olan çubuqlar süfrəyə düzlür. Xatırladaq ki, çubuqlardan istifadə zamanı səs çıxartmaq olmaz. Bu çubuqlarla yeməyi deşmək olmaz, xüsusən tərəvəz kimi çətin olan xörəkləri. Çubuqları düyü yeyən zamanm şaquli istiqamətdə qoymaq olmaz, çünki bu dəfn mərasimlərində edilən hərəkətdir. HYətta çubuqları boşqabdan sola qoymaq olmaz. Müxtəlif yeməklər yeyildiyi zaman belə sağ əllə çubuqlardan istifadə etmək məsləhət görlür. Nahar zamanı sizin ətrafınızda oturan şəxslərə istiamətlənmiş formada çubuqları qoymaq olmaz. Çin və Vyetnamda çubuqları kasanın ətrafına qoymaq lazımdır, yalnız düyünü ağıza qoyarklən istifadə etmək olar, Koreyada isə bu hərəkət mədəniyyətsizlik kimi qiymətləndirilir. Deməli Çin və Vyetnamda əvvəlcədən çubuqlar kasaların ətrafına düzlür, Koreyda isə xeyir. Yaponiyada eyni çubuqlardan müxtəlif şəxslər istifadə etməməlidir. Həmçinin bir boşqabda yeyilən xörəklər üçün iki cüt müxtəlif formada olan çubuqlar vardır. Yemək bitdikdən sonra çubuqları boşqabın yanında arxası sola tərəf qoymaq lazımdır. Çin və yapon uşaqları bir yaşa çatanda çubuqlarla yeməyə başlayır. Düşünülür ki, bu uşağın inkişafəı və onun bacarığnmda əhəmiyyətli rol oynayır.