Süldə xan — türk və altay mifologiyasında döyüş tanrısıdır. Züldə xan da deyilir. İnsanın qoruyucu ruhudur (iyəsidir). Onları başqa düşmən soyların zərərlərinə qarşı qoruyur. Onun tərəfindən qorunan insanlar güclü, düşüncəli və cəsur olarlar. Çox qüvvətli, ürküdücü tanrıdır.
Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni məğlub etməkdə komandirlərə köməkçi olar. Qırmızı bayraqlıdır, sarı buğra kürəyində oturar. Sarı və ya ağ rəng ilə işarələrlər. Döyüşçüləri qoruyar. Qüvvəti simvollaşdırır. Döyüşçülərə və əsgərlərə qüvvət verər. Onların yenilməz olmalarını təmin edər.
Sulda (Süldə) - türk, altay və monqol mifologiyasında hərəkətsiz ruh. İnsan ruhunun sabit, hərəkətsiz qismidir. Türklər Sür deyərlər.Bədəni tərk etdiyində insan ölər. Söz; sürmək, davam etmək kökündən gəlir. Eyni zamanda iz, işarə deməkdir. Zaman və davamlılıq mənaları var. Süld sözü monqolcada işarə və bayraq mənaları daşıyır. Tunguscada Sür/Sir axmaq, damlamaq kimi mənalar da ifadə edir.
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |