Süleyman Abdullayev (xanəndə)

Süleyman Cümşüd oğlu Abdullayev vəya Dədə Süleyman (14 fevral 1939, Qaryagin23 oktyabr 2022) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti[1] (2012). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002)

Süleyman Abdullayev
Süleyman Cümşüd oğlu Abdullayev
Ümumi məlumatlar
Ləqəbi "Dədə Süleyman"
Doğum tarixi
Doğum yeri Füzuli rayonu Qoçəhmədli kəndi, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat səbəbi şəkərli diabet
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
  • Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur.[2]
  • 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir.
  • 1960–1964-cü illər ərzində S. Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir.
  • 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır.
  • 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur.
  • Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır.
  • Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır.
  • Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
  • Xanəndə oxuduğu muğamlarda klassik şairlərin — Füzulinin, S. Ə. Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verir. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılır.
  • Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin "Qızıl səs" medalına layiq görülmüşdür.
  • 23 oktyabr 2022-ci ildə şəkər xəstəliyindən vəfat edib.[3][4] Müşfiqabad qəbiristanlığında dəfn olunub[5][6].
  • 02.10.2002 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
  • 2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna "Əməkdar artist" fəxri adı verilmişdir.
  • "Əlamətdar və tarixi günlər təqvimi"- Azərbaycan Milli Kitabxanası, 2013.
  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - "Əməkdar Artist"". President.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  2. "Dədə Süleyman yaradıcılığı haqqında". Medeniyyet.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  3. "Dədə Süleyman vəfat etdi". Baku.ws. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  4. ""Dədə" Süleyman vəfat edib". APA TV (az.). Youtube.com. 23.10.2022. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  5. APA TV. "Xanəndə Süleyman Abdullayev dəfn olunub" (az.). 23.10.2022. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  6. "Xanəndə Süleyman Abdullayev dəfn olundu". Oxu.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.